Bakıda maşın 49 yaşlı qadını vurdu



 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

“90-VB-194” dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Yarıyeva Elza Teymur qızını vurub.

Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.