Bir gündə səkkiz nəfər batma təhlükəsi ilə üzləşdi



 

Bu gün səkkiz nəfər batma təhlükəsi ilə üzləşib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşənlər xilas edilib.