Salyanda kişi intihar edib



 

Salyan rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.