Qattuzo istefa verdi, klub qəbul etmədi



 

Yayda transferlərlə diqqət çəkən “Milan” pis günlər yaşayır.

“Qafqainfo” xəbər verir ki, noyabrın 27-də Vinçenzo Montellanı qovaraq postu Cennaro Qattuzoya əmanət edən “qırmızı-qaralar”ın işləri yenə də qaydasına düşməyib.

İtaliya A Seriyasının son turunda “Verona”ya 0:3 hesablı məğlubiyyətdən sonra Qattuzo istefa ərizəsini rəhbərliyə təqdim edib. Ancaq klub mütəxəssisin bu istəyini qəbul etməyib.

İtaliya mətbuatında yer alan xəbərə görə, 39 yaşlı çalışdırıcı futbolçulara zəif və ruhsuz oynadıqları üçün əsəbiləşib. Bu səbəbdən də istefa ərizəsi yazıb.

Qeyd edək ki, “Milan” Qattuzonun rəhbərliyi altında 3 oyuna 4 xal toplayıb. Komanda Seriya A-da 17 turdan sonra 24 xalla 8-cidir.