Birinci vitse-spiker: “Təkliflərin araşdırılmasına ciddi diqqət yetirilməlidir”



 

 

 

“İn­di­ki dövr­də fəaliy­yət elə təş­kil olun­ma­lı­dır ki, qa­nun­ya­rat­ma pro­se­si­nin ən vacib mər­hə­lə­si olan nor­ma­tiv-hü­qu­qi akt­la­rın mü­za­ki­rə­si, qə­bu­lu da­ha çe­vik və sə­mə­rə­li şə­kil­də hə­ya­ta keçirilsin, za­man­la ayaq­la­şa bil­sin, öl­kə­də baş ve­rən mütərəq­qi, in­no­va­tiv ye­ni­lik­lə­rə uy­ğun olsun”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclis” jurnalına açıqlamasında bildirib.

O, rəh­bər­lik et­di­yi ko­mi­tə­nin üzə­ri­nə dü­şən mə­sə­lə­lə­rdən də danışıb.

Birinci vitse-spiker qeyd edib ki, komitənin işində vax­tın­da və məh­sul­dar mü­za­ki­rə­lərin təş­ki­li ilə bağ­lı ye­ni ya­naş­ma­la­ra üs­tün­lük ve­ri­lə­cək.

“Dü­şü­nü­rəm ki, qa­nun­ve­ri­ci­lik tə­şəb­bü­sü hü­qu­qu əsa­sın­da mü­va­fiq sub­yekt­lə­rin təq­dim etdikləri döv­lət qu­ru­cu­lu­ğu və hü­quq si­ya­sə­ti pred­me­ti olan la­yi­hə­lə­rin mü­za­ki­rə­sin­dən əla­və, orta­ya çıxan zə­ru­ri hal­lar nə­zə­rə alın­maq­la, di­gər ye­ni tək­lif­lə­rin araş­dı­rıl­ma­sı­na da cid­di diq­qət yetirilmə­li­dir.

Da­ha mü­kəm­məl nə­ti­cə­lər əl­də et­mək məq­sə­dilə ça­lı­şa­ca­ğıq ki, la­yi­hə­lə­ri həm də ge­niş ic­ti­mai mü­za­ki­rə müs­tə­vi­si­nə çı­xa­ra­q. Ta­nın­mış mü­tə­xəs­sis­lə­ri, eks­pert­lə­ri, və­tən­daş cə­miy­yə­ti və KİV nü­ma­yən­də­lə­ri ilə ya­na­şı, se­çi­ci­lə­ri də bu pro­se­sə fəal şə­kil­də cəlb edək”, - deyə Ə.Hüseynli əlavə edib.

Aqşin Kərimov