Leyla Əliyevadan Heydər Əliyevin xatirəsinə
Azərbaycanın xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova ümummili lider Heydər Əliyevə həsr olunmuş "Qəlbin yaddaşı" mahnısını təqdim ediblər.
Kult.az xəbər verir ki, kompozisiyanın sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə Ruslan Zeynalova məxsusdur.
Mahnıda Heydər Əliyev siyasətçi və dövlət başçısı kimi yox, kövrəkcəsinə sevilən, yaxınlarının onun üçün darıxdığı sevimli baba kimi təqdim olunub.
Bu ağrı və qüssəni Leyla xanım elə məharətlə göstərib ki, bunun sayəsində mahnı, gerçəkdən də qəlbin dərinliklərinə sirayət edir, hər birimizi artıq yanımızda olmayan yaxınlarımızı xatırlamağa vadar edir.