Çavuşoğlu: Görüşümüzün əsas məqsədi...
Bugünkü görüşümüzün əsas məqsədi ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin yolları barədə müzakirələr aparmaq idi. Ticarət dövriyyəsi daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Biz bu sahədə bir-birimizi dəstəkləyirik.
Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında deyib.
Nazir görüşdə bu formata hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib.
“Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq. Biz terrorçuların İslamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”, - deyə nazir qeyd edib.
Mövlud Çavuşoğlu Azərbaycanın beynəlxalq arenada rolunun getdikcə daha da artdığını, önəmli aktora çevrildiyini vurğulayıb.