Məşqçisi uduzmasını istədi, o da uduzdu - Video
Güləş üzrə U-23 Dünya çempionatında sərbəst güləş üzrə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan İran güləşçisi Əlireza Kərimi Maxani növbəti mərhələdə israilli güləşçi ilə güləşməmək üçün rəqibinə qəsdən uduzub.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Polşada keçirilən çempionatda rusiyalı rəqibi Əlixan Cəbrayılova qarşı güləşən iranlı güləşçi matçın ortasında 3-2 hesabı ilə irəlidə olduğu an onun məşqçiləri matçı dayandırıblar.
Yarışda çəkilən videoda məşqçilərin bu an Əlirezaya “sən uduzmalısan” deyə xəbərdarlıq etdikləri eşidilir. Buna səbəb isə digər matçda israilli güləşçinin ABŞ-lı rəqibini məğlub edərək, bu matçın qalibinə qarşı güləşməsi şərti olduğu deyilir.
Xəbərdarlıqdan sonra Əlireza Kərimi rəqibinin hücumunun qarşısını almayıb və 14-3 hesabı ilə uduzub.
Növbəti mərhələdə Əlixan Cəbrayılov dörddəbir finalda israilli güləşçi Uri Kalaşnikovu 10-0 hesabı ilə məğlub edib, ardınca isə finalda qalib gələrək qızıl medalı qazanıb.
Bürünc medal uğrunda israilli güləşçiyə qarşı güləşməli olan iranlı idmançı, bu dəfə də iştirak etməkdən imtina edib.
Qeyd edək ki, Ə.Kərimi 2016-cı il Rio Olimpiadasında da iştirak edib.