“Tayyip dədə” çağırdı, Ərdoğan çıxışını yarıda kəsdi - Video



 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan partiyasının TBMM-də qrup toplantısında çıxış edərkən maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, prezident Ərdoğan 3 yaşlı qızın ona səslənməsinə biganə qalmayıb çıxışına fasilə verib. 

Ona “Tayyip dədə” deyə səslənən kiçik qıza Ərdoğan “Əfəndim” deyə cavab verib. Prezident çıxışını bitirdikdən sonra isə onu qucağına alaraq foto çəkdirib.