“O, məni təyyarədə də zorladı” - Məşhur idmançıdan şok açıqlama+Foto
ABŞ millisinin əfsanəvi gimnastlarından olan Aly Raysman şok ittihamlarla çıxış edib. “Qafqazinfo” xəbər verir ki, o, komandanın həkimi Larri Nassar tərəfindən zorlandığını bildirib.
Olimpiya oyunlarında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançı həkimin ona müalicə adı ilə təcavüz etdiyini bildirib. Raysman Nassarın ona təyyarədə də zorladığını deyib.
Gimnast özü həmin anları belə xatırlayıb: “Mən cinsi istismarın qurbanıyam. Buna özüm də inanmaq istəmirəm. Amma Nassar bizi müalicə adı ilə zorlayıb. Hətta Təyyarədə də mənə təcavüz edib”.