Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Elin Süleymanov: Ağ Ev Azərbaycanla strateji münasibətlər istəyir - ÖZƏL

  34

 

 

Erməni lobbisinin və ermənipərəst senatorların əngəl yaratmaq cəhdlərinə baxmayaraq, ABŞ Senatı ötən gün amerikalı diplomat Erl Litzenberqerin Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna təyinatını təsdiqlədi.

Oxu.Az-a verdiyi eksklüziv müsahibədə Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov ABŞ Senatının bir neçə ölkə səfirinin təyinatını təsdiqlədiyini diqqətə çatdırıb:

“Bu, ABŞ Konqresinin 115-ci sessiyasının sonuncu günündə baş verdi. Bu gündən etibarən yeni çağırış Konqresi öz işinə başlayır. Ona görə də dünən təklif olunan namizədlər (təkcə səfirlər yox, başqa təyinatlar da) təsdiq olunmasaydı, prinsip baxımından yenidən namizədlərlə bağlı  dinləmələr keçirmək lazım gələcəkdi. Bu proses isə çox uzana bilər.

ABŞ-ın Azərbaycandakı səfirinin təyinatı məsələsinə gəlincə, qeyd etmək istərdim ki, bu gün dünyanın əksər ölkələrində, o cümlədən, aparıcı Avropa və Asiya ölkələrində mükəmməl olan ABŞ diplomatik nümayəndəlik rəhbəri yoxdur.

Donald Tramp administrasiyasının Azərbaycana səfir təyinatını vacib bilməsi, onun namizədliyini irəli sürməsi və təyinatı Senatın təsdiqinə buraxması, prinsipcə, bizim ölkənin Vaşinqtonun gözündə strateji əhəmiyyətinin göstəricisidir.

İndiki Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Mən buna nikbinliklə yanaşıram”, - deyə Elin Süleymanov bildirib.

Azərbaycanlı diplomatın sözlərinə görə, çox məsələlər amerikalı səfirin fəaliyyətindən asılı olacaq:

“Bəli, şübhəsiz ki, ABŞ-ın Bakıdakı diplomatik missiyasının rəhbəri Birləşmiş Ştatlar administrasiyasının yürütdüyü siyasətin bir bələdçisidir. Bununla belə, səfirin şəxsiyyəti də böyük əhəmiyyət kəsb edir. Onun işinin pozitiv olacağına, həm Azərbaycan, həm də ABŞ-a xeyir verəcəyinə ümid etmək istərdim”.

Ermənistan lobbisinə gəlincə, müsahibimiz, həqiqətən də, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədə ermənipərəst Senat üzvlərinin köməyi ilə təzyiqlər göstərmək cəhdlərinin olduğunu bildirib:

“Ona təxribat dolu suallar verirdilər, Donald Tramp administrasiyasının ünvanına kəskin tənqidlər səslənirdi. ABŞ-ın erməni icması, xüsusilə daşnakyönümlü qüvvələr, Donald Tramp və onun ötən il Azərbaycan, Gürcüstan və Ermənistanda olmuş milli təhlükəsizlik müşaviri Con Bolton haqqında mənfi fikirlər səsləndirirdilər.

Ancaq bunlara rəğmən, səfirin təyinatı təsdiqlənir, bu isə ABŞ maraqlarının üstün gəldiyini göstərir. Ermənistan diasporu öz əhəmiyyəti barədə dəm vurmağı sevir, bununla belə, vacib qərarlar zamanı ABŞ maraqları digər maraqların fövqündə olur”.

- Azərbaycan, türk, yəhudi lobbiləri Erl Litsenberqerin namizədliyinin təsdiqlənməsinə təsir göstərib? Hər halda, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə bağlı məsələni yaxşı xatırlayırıq, həmin vaxt onun namizədliyi təsdiqlənməmişdi. O, bir ilə yaxın Amerika diplomatik missiyasına rəhbərlik etdi, 2012-ci ilin yanvar ayında isə bu postu tərk etməli oldu, çünki Senat onun təyinatını təsdiqləməmişdi.

- Bilirsiniz, Metyu Brayzanın səfir təyin olunması ilə bağlı kazus bu prosedurun həmin vaxt nə dərəcədə səriştəsiz aparıldığını göstərdi. ABŞ tərəfi hazırda həmin arzuolunmaz insidentin təkrarlanmasını istəməzdi.

Ona görə də bütün səylər Azərbaycana səfirin təyinatının təsdiqlənməsinə yönəldi. Düşünmürəm ki, Azərbaycan, türk və ya yəhudi lobbiləri bu prosesə aktiv şəkildə cəlb olunub. Bu, hər halda ABŞ üçün daxili məsələdir. ABŞ tərəfi səfir vəzifəsinə namizədləri özü seçməlidir. Bu, ABŞ administrasiyasının tapşırığıdır və bir daha qeyd edirəm ki, Birləşmiş Ştatların daxili prosedurudur.

Onu da vurğulamaq istəyirəm ki, ABŞ administrasiyası Azərbaycanın strateji rolunu və müəyyən təcrübəsi olan diplomatın bizim ölkəyə səfir təyin olunmasının vacibliyini yaxşı anlayır. Bu kontekstdən yanaşsaq, Azərbaycan, türk və (bizi dəstəkləyən) yəhudi lobbisinin informasiya dəstəyinin müəyyən rol oynadığını demək olar.

Nair Əliyev

 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| İngiltərə klubu əfsanəvi futbolçuya tapşırıldı

| Sabunçuda yanğın olub

| Ərəb ölkələrindən gözlənilməz qərar

| Məmmədyarov Ananda məğlub oldu

| Yaponiya Kuril adalarının bir hissəsinə razılaşdı

| Azərbaycan klubu Serbiya komandasına uduzdu

| “Tottenhem” son dəqiqələrdə qələbə qazandı - VİDEO

| Malidə BMT sülməramlıları qətlə yetirildi

| Tibetdə güclü zəlzələ olub

| Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var

| Putinin köməkçisindən Tokioya sərt mesaj

| DİN-dən Şəhidlər Xiyabanındakı insidentə münasibət

| Afinada iğtişaşlar: 10 polis yaralandı

| Tramp amerikalılara səsləndi: Ehtiyatlı olun, evdən çıxmayın

| İsrail qırıcıları Dəməşq aerportuna hücum edib

| Üç ailənin yaşadığı ev yanıb

| UEFA yeni topu təqdim etdi

| Əfqanıstanda qubernatora bombalı hücum olub

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| BƏƏ və Səudiyyə Ərəbistanı birgə kriptovalyuta yaradacaqlar

| Zaqatalada oğru dəstəsi tutulub

| Azərbaycan 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir - VİDEO

| Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

| İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb

| Macarıstanda etiraz aksiyaları başlayıb

| Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

| 20 Yanvar faciəsi Türkiyə televiziyasında - VİDEO

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| 27 ildən sonra Şəhid statusu alan Şövkət Ağayevin ailə dramı - FOTO

| Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir - FOTOREPORTAJ

| Sabaha olan hava proqnozu

| Bakıda avtobus yaşlı qadını vuraraq ağır xəsarət yetirib

| İranda 12 yük vaqonu relsdən çıxdı

| Şəhidlərimizin xatirəsi anıldı

| Türkiyədə batan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı

| Güllə qoluna, qarnına tuş gəlib, amma bildirməyib - MÜSAHİBƏ

| Meksikada 76 nəfər boru kəmərinin partlaması nəticəsində ölüb

| Komitə sədri: Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər

| Erkal Özoral: Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür

| Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

| Paytaxda yaşayış binasında yanğın

| İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

| Ağsuda zəlzələ olub

| 20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

| “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turu başlayır

| Qanlı və Şanlı 20 Yanvar!

| 20 Yanvar 1990 - FOTO

| Bioenergetik: Azərbaycan kosmos tərəfindən qorunur

| 20 Yanvar 1990 - FOTO