Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələri “Dövlət qulluğu haqqında” qanundan çıxarılıb

 



 

Milli Məclisin iclasında dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib.

 

APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

  
Layihəyə əsasən “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.


Layihə səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub.