Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

XİN ilin yekunlarına dair hesabat verdi

  77

 

 

2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib.

Oxu.Az-ın xəbərinə görə, bu fikirlər  2018-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat üçün buraxılışında əksini tapıb.

Qeyd olunub ki, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan  Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.

Göstərilib ki, cari ildə Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlib. 

Eyni zamanda, qeyd edilib ki, dövlət rəhbəri tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib, o cümlədən, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb. 

Həmçinin, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Bununla belə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutub. Bildirilib ki, cari il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilib.

Azərbaycan  Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycanın xarici işlər naziri ilə Ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. 

Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı əksini tapıb.

Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunub. 

Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır ki,  bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənib.

Sonra qeyd olunub ki, bu il ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub.

Belə ki, 3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə  Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib.

16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil olunub.

5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

Bundan başqa, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunub. 11 iyul 2018-ci il tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub.

Bununla yanaşı, 12 dekabr 2018-ci il tarixində Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib.

Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə etmiş və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər.

5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib.

2018-ci ildə ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə Misir, İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya, Rusiya və Sankt-Peterburq Hökuməti daxil olmaqla 15 Hökumətlərarası komissiyaların iclasları, həmçinin Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü, eyni zamanda Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə Biznes Forumları keçirilib, Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət Evləri fəaliyyətə başlayıb.

2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici işlər nazirləri konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, “Formula 1” Azərbaycan Qran-Pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisini təşkil edib.

12 avqust 2018-ci il tarixində Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” və Xəzər dənizində əməkdaşlığı təşviq edən digər saziş və protokollar imzalanıb.

Hesabat ili ərzində Azərbaycan Respublikası ilə Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub.

2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın Fəxri Konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə yeni Fəxri Konsulluq işə başlayıb.

“Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcək.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq”, - deyə, sonda qeyd edilib.

Kamil HƏMZƏOĞLU

 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| İxtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib - QƏRAR

| Bu il üçün balıq ovunun kvotası müəyyənləşdi

| Bakıda 22 yaşlı piyadanı maşın vurdu

| Azərbaycan prezidenti: İslahatlar dərinləşəcək

| Bakıda qonşuların davası qanla bitdi - VİDEO

| İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

| Bakıda kafedə güclü yanğın: 12 nəfər təxliyə olundu

| Səmada yaranan qorxun “dəlik” insanları qorxuya saldı - VİDEO

| Lənkəranda 2 nəfər dəm qazından zəhərlənib

| Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

| Bu gün ölkəmizdə Novruz bayramıdır

| Bahar bayramında Göygölə qar yağdı - FOTO

| Daxili orqanında narkotik maddə keçirmək istəyən Lənkəran sakini öldü

| İranda göyərtəsində 50 nəfər olan təyyarə yanıb

| Təyyarədə qadın üstündə əlbəyaxa dava düşdü - VİDEO

| Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

| Bədəninə meyvə suyu yeridən qadın ölümdən döndü

| Nəsimidə yataqxana yanıb - Sakinlər təxliyə edilib

| Novruz gəlir, yaz gəlir...

| Gömrükdə böyük əməliyyat

| “Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər - Onlar dəyişdirilməlidirmi?

| Nazir bayramı sığınacaqdakı uşaqlarla qeyd etdi - FOTO

| General məhkəmə zalından azadlığa buraxıldı

| Futbol millimizin Xorvatiyadakı məşqinin vaxtı açıqlandı

| Tanış olduğu qadının kişi çıxdığını görüb onu öldürdü - TƏFƏRRÜAT

| Pensiyaçılara bayram müjdəsi

| Azərbaycanda Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılır - FƏRMAN

| “Xətai” stansiyasının açılacağı tarix bəlli oldu

| Qoğal yeyib kökəlmədiyimiz Novruz bayramı üçün darıxanlar...

| Nazarbayev istefa verdi - VİDEO

| Azərbaycanlılar Rusiyada sağlamlıq üçün təhlükəli mallar satıb

| Banklar gücləndirilmiş iş rejiminə keçir

| Ağsuda bu məscid 10 ildir bağlı qalıb - AÇIQLAMA

| “ASAN Xidmət” sədrinə yeni müavin təyin olunub

| Prezidentin 11 ayda gördüyü işlər: İyun

| Bir dərdim var...

| YAP rəsmisi: Yataqxanalarda yanğınların qəsdən törədilmə ehtimalı araşdırılır

| Azərbaycan klubu cəzalandırıldı - Xərəkdaşıyanlara görə

| Əli Əhmədov: Görünür, Əli İnsanov islah olunmayıb

| Federasiya katibi: Hakimlər əleyhimizə qərar verirdi

| Ərdoğan: Ölüm cəzasını bərpa etməyə hazırıq

| Bakı sakininin evindən narkotik aşkarlandı - FOTO/VİDEO

| Prezident Xalq artistinə mənzil bağışladı

| Bayram günü hava yağışlı və qarlı olacaq

| Nəriman Həsənzadə: Onda “Oskar”ı da ləğv etsinlər - MÜSAHİBƏ

| Azərbaycanlı “Qızıl Qurd” karate üzrə dünya çempionuna qarşı - FOTO

| Almaniya rəsmiləri ilə Dağlıq Qarabağ müzakirəsi

| “Qolos”un iştirakçısı Leyla Əliyevanın sözlərinə mahnı oxudu - VİDEO

| Daha iki idmançımızda dopinq tapıldı

| Prezident Xalq artistinə mənzil bağışladı

| Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

| “RAHAT”da bayram endirimləri davam edir! - TƏLƏSİN

| Bakıda qadınlara zor tətbiq edən şəxs saxlanılıb - FOTO

| Kamilə Əliyeva: Ermənilər artıq Qarabağ üçün ölmək istəmirlər

| Əfran İsmayılov əməliyyat olundu - FOTO

| Yaponiyada uşaqlara əl qaldırmaq qadağan olunacaq

| Bakı metrosunda bayram konserti - FOTO/VİDEO

| Sumqayıtda faciə: Kişi daşların altında qalaraq öldü

|

Məmmədyarov Çilidə danışıqlarda - FOTO

| Rusiyadan heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyuldu

| Balaxanı yolunda maşın aşdı - VİDEO

| Paytaxtda “Niva” qəza törətdi: yaralılar var - VİDEO

| İlham Əliyev və xanımı Novruz şənliyində

| Qulaq falına çıxmaq cəhalətdir - RƏY

| Gədəbəy də ağ örpəyə bürünüb - FOTO/VİDEO

| Populyar məhsulların ölümcül təhlükəsi təsdiq olundu

| Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun

| Novruz bayramını harada qeyd edəcəksiniz? - SORĞU

| Novruz bayramını harada qeyd edəcəksiniz? - SORĞU