Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Ağacan Abiyev: Sotomayor kimi boynu nazik olan boksçular tez-tez nokauta düşür

  11

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ölkə çempionatının yekunlarını dəyərləndirib.

O, Oxu.Az-a verdiyi müsahibəsində gənclərin fərqləndiyini bildirib:

“Xoşagələn hadisə odur ki, yaxşı, yeni gənclərimiz var. Hesab edirəm ki, həmin gənclər gələcəkdə indiki milli üzvlərindən yaxşı yerlər tutacaq. Ümumiyyətlə, hazırlığa gəlincə, ilin sonudur, döyüşlər hələ irəlidədir. Amma ilin sonuna baxmayaraq, uşaqlar yaxşı boks göstərdilər. Bu sözlərim istər adlı-sanlı boksçularımıza, istərsə də gənclərə aiddir”.

O, 69 kq çəki dərəcəsinin yarımfinalında Elnur Süleymanov tərəfindən nokauta düşmüş millimizin üzvü, Olimpiya mükafatçısı Lorenso Sotomayor haqda da sualımıza cavab verib. 

Oxu: 

Millət vəkili bildirib ki, Sotomayorun bu nokautdan sonra özünə gəlməsi çətin olacaq:

“Sotomayor kimi sifəti arıq, boynu nazik olan boksçular tez-tez nokauta düşür. Əgər o nokaut olmasaydı, bəlkə də, qalib gələcəkdi. Amma bərk zərbə ilə sarsıdıldı. Belə zərbə ilə daha qalib gəlmək olmaz. Ola bilsin ki, bir-iki aydan sonra məşq edib yenidən özünə gəlsin. Amma hər boksçu belə zərbədən sonra özünə gələ bilmir. Onun bəxti gətirmədi. Bəzən görürsən ki, orta səviyyəli boksçu güclü rəqibi ilə görüşdə bəxti gətirir və zərbəsi düz onun çənəsinə dəyir, nokauta salır. Halbuki xal hesabı ilə uduzurmuş. Burda da elə oldu. 

Sotomayorun fizioloji forması elədir ki, hər zaman özünü zərbədən qorumalıdır. Bir neçə dəfə nokdauna düşüb, amma ona zərbə zəif vurulub deyə uduzmayıb. Hündürboyludur, amma bərk zərbəyə o cavab verə bilmir. Bu dəfə isə nokdaun yox, nokaut olduğundan, rəqibinə tam üstünlüklə qələbə verildi. 

Özü də çox da gənc deyil ki, deyəsən, bu yarışdan sonra yığmada olmayacaq. Belə nokautdan sonra ən azı altı ay məşq etməməlidir. Altı ay məşq etməsə, Olimpiadanın seçmə yarışlarına getməyin də mənası yoxdur. Baxaq, görək, öz boksçularımızdan onun yerinə kimi götürmək olar”.

Boks millimizin yeni baş məşqçisi Vaqif Şirinov saytımıza verdiyi müsahibəsində bütün medalçıların yığmaya götürüləcəyini desə də, federasiya vitse-prezidenti fərqli danışıb. O, ancaq qızıl və gümüş medalçıların yığmaya çağırılacağını bildirib:

“Sözsüz ki, həmin çəkidə ilk iki yeri tutan idmançılar yığmaya götürüləcək. I və II yeri tutmuş idmançılar millinin təlim-məşq toplanışlarında iştirak edəcəklər. Beynəlxalq yarışlardakı nəticələrinə görə, millinin baş məşqçisi onlar arasından əsas boksçunu seçəcək. Seçim olacaq”.

Səbuhi MUSAYEV

Xəbər Lenti

| Lavrovdan Qazaxıstanın latın əlifbasına münasibət

| Putinin qızı ilk dəfə Rusiya televiziyasında - FOTO

| Güləşçimiz Rusiyada medal qazandı

| Dəməşqə atılan raketlər havada məhv edildi

| Minlərlə Santa-Klaus Madrid küçələrinə axışdı

| Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB

| Ər-Riyad Ankaranın tələbini rədd etdi

| Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı - VİDEO

| “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

| Rusiya çempionu hamamda öldü

|

DÜNYA BALACA KƏNDDIR...

| “Qarabağ”ın qarşısını almaq mümkün deyil - 6:0

| Fransalı nazir Trampa qəzəbləndi: İşlərimizə qarışma!

| MMA döyüşçüsü rəqibini nokautla salamladı - VİDEO

| CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

| Vanadzora seçkilərdə nəzarətin üçün əlavə polis qüvvələri göndərilib

| Azərbaycan Premyer Liqası: Sabah ardıcıl 5-ci matçında qələbə qazana bilməyib

| İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

| DYP Mingəçevirdə reyd keçirib

| Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

| Paşinyanın bülletenləri gətirilməyib

|

Sabah Bakıda hava necə olacaq?

| Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib

| В Баку стартовал пятый Межрегиональный кубок по художественной гимнастике

| Ermənistanda seçici səs verə bilmədi

| Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb

| Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

| Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

| Gəncədə ağır yol qəzası baş verib

| Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb

| Boliviyada ağır yol qəzası, ölənlər və yaralananlar var

| Tacikistanda dördəm uşaqlar doğulub

| Köpək balığı sörfinqçiyə hücum edib

| Tereza Mey «Brexit» sazişi üzrə parlament səsverməsini təxirə sala bilər

| Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

| Ermənistanda parlament seçkiləri başlayıb