Azərbaycanın nümayəndəsi Avropa Şurasında rəhbər vəzifəyə seçilib
43
Avropa Şurasının mətbuat xidmətinin rəsmi məlumatına görə, 2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti vəzifəsinə seçkilər keçirilib.
Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi, hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti seçilib.
Adətən, Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi Komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir və Avropada mövcud ənənəvi yanaşmaları tamamilə dəyişdi. Məlumat üçün bildirilir ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olublar.
Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışıb. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olub.
Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri – vitse-prezident və iki üzv Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılıb və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.
Xəbər Lenti
| Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb
| Stounhencin sirri açılır - Mavi daşların karxanasında araşdırma
| İlham Əliyev Bakıda toplantıda - FOTO
| Yerdən “Super Ay” belə görünüb - FOTO/VİDEO
| Daxili İşlər Nazirliyində yeni təyinat
| “Atletiko” “Yuventus”a, “Mançester Siti” “Şalke”yə qarşı - PREVYU
| Deputat: Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır
| Maduro Venesuelanın “müvəqqəti prezidentini” kloun adlandırdı
| Yaponiyada qırıcı dənizə düşüb
| Gəzməyə də, yeməyə də Azərbaycan yaxşı - FOTO/VİDEO
| Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
| Bakıda üç qəza, yaralılar var - VİDEO
| Yolumuzu kəsənlərdən necə yaxa qurtaraq? - AÇIQLAMA
| “Skype”da problem
| Bakıda qardaş bacının qanını tökdü - VİDEO
| “Azərsu”nun sabiq əməkdaşına hökm oxundu
| Çempionlar Liqasında qolsuz gecə - VİDEO
| İsveçrədə qar uçqunu - İtkin düşənlər var
| Mayk Tayson intiqam almaq üçün qorilla ilə döyüşmək istəyir
| Məşhur terrorçu komaya düşdü -Türkiyəyə gətirildi
| Balakəndə yaşayan qadın ölmüş kimi qeydiyyatdadır - VİDEO
| Amaşov şikayətləndi: Azərbaycanda erməni radiosunun dalğaları eşidilir
| Şeyxülislam çeçen-azərbaycanlı davasına münasibət bildirdi – VİDEO
| Kanadada bir ailənin 7 uşağı yanaraq ölüb
| İvanka Tramp Merkelin çıxışını soyuq qarşıladı
| Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
| Azərbaycanda məmurun qardaşına qarşı dələduzluq edən şəxs həbs edildi
| 2032-ci il Olimpiadasını keçirmək istəyən ölkələrin sayı artıb
| Çoxmənzilli binaların “çoxmərtəbəli problem”lərinə son qoyulur - ŞƏRH
| Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə! - 30 faiz vergi qoyuldu
|
“Qafqazda sabitliyin bərpasını istəməyən qüvvələr var”
|
“Qara siyahı” dolub, qoyaq kənara
| Kimlərə güzəşt edilir? - özəl və dövlət sektoru ilə bağlı qərar
| Qeyri-adi hadisə - “Yanar bulaq”dan palçıq püskürdü -VİDEO
|
"Süni qiymət artımı" bəlası
|
İqtisadiyyatın "kölgə"si
| Moskvada Azərbaycan və çeçen rəsmilərinin görüşü keçirilib - FOTO/VİDEO
|
Azərbaycan və Böyük Britaniya arasında birgə gömrük bəyanatı imzalanıb
|
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu