Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Amerikalılar Dövlət Gömrük Komitəsində - FOTO

  13

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində (DGK) Amerika Birləşmiş Ştatlarının müdafiə naziri müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması, gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan sərhədində tikilməsi planlaşdırılan və “one stop” prinsipinə əsaslanan "İpək Yolu" gömrük-sərhəd keçid məntəqəsində texniki ehtiyaclarla bağlı ABŞ tərəfinin təcrübəsindən yararlanmağın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sözügedən gömrük-sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi Qara dənizlə Xəzər dənizi arasında yüklərin maneəsiz və sürətli daşınmasına münbit şərait yaradacaq.

Sonra nümayəndə heyət Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi ilə tanış olub.

Qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri, imkanları, gömrük-sərhəd keçid məntəqələrində istismar edilən yük yoxlama sistemləri və baxış texnikası vasitəsilə əldə edilən təsvirlərə ikinci nəzarətin həyata keçirilməsi və digər məsələlər barədə məlumat verilib. Eyni zamanda, ABŞ tərəfindən reallaşdırılan müxtəlif layihələr çərçivəsində Azərbaycan gömrük orqanlarına texniki dəstəyin göstərilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq treninqlərin təşkili və yaxın gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, beynəlxalq dəniz limanlarında gömrük işinin təkmilləşdirilməsi və bu sahədə ABŞ-da əldə edilən qabaqcıl təcrübənin öyrənilməsi imkanları müzakirə edilib.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Lavrovdan Qazaxıstanın latın əlifbasına münasibət

| Putinin qızı ilk dəfə Rusiya televiziyasında - FOTO

| Güləşçimiz Rusiyada medal qazandı

| Dəməşqə atılan raketlər havada məhv edildi

| Minlərlə Santa-Klaus Madrid küçələrinə axışdı

| Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB

| Ər-Riyad Ankaranın tələbini rədd etdi

| Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı - VİDEO

| “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

| Rusiya çempionu hamamda öldü

|

DÜNYA BALACA KƏNDDIR...

| “Qarabağ”ın qarşısını almaq mümkün deyil - 6:0

| Fransalı nazir Trampa qəzəbləndi: İşlərimizə qarışma!

| MMA döyüşçüsü rəqibini nokautla salamladı - VİDEO

| CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

| Vanadzora seçkilərdə nəzarətin üçün əlavə polis qüvvələri göndərilib

| Azərbaycan Premyer Liqası: Sabah ardıcıl 5-ci matçında qələbə qazana bilməyib

| İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

| DYP Mingəçevirdə reyd keçirib

| Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

| Paşinyanın bülletenləri gətirilməyib

|

Sabah Bakıda hava necə olacaq?

| Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib

| В Баку стартовал пятый Межрегиональный кубок по художественной гимнастике

| Ermənistanda seçici səs verə bilmədi

| Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb

| Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

| Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

| Gəncədə ağır yol qəzası baş verib

| Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb

| Boliviyada ağır yol qəzası, ölənlər və yaralananlar var

| Tacikistanda dördəm uşaqlar doğulub

| Köpək balığı sörfinqçiyə hücum edib

| Tereza Mey «Brexit» sazişi üzrə parlament səsverməsini təxirə sala bilər

| Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

| Ermənistanda parlament seçkiləri başlayıb