Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Məmmədyarov Fontananı Azərbaycana dəvət etdi

  13

Azərbaycan Respublikasının xarici işlər nazir Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya Regionunun prezidenti Attilio Fontana ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğu, bu xüsusda İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu qeyd edilib.

Azərbaycanda çoxsaylı İtaliya şirkətlərinin fəaliyyət göstərdiyi, operativ qərargahları Lombardiyada yerləşən Saipem, Eni, Snam, Maire Tecnimont kimi iri şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunduğu, regionun mərkəzi şəhəri Milan ilə Bakı arasında birbaşa hava nəqliyyat xəttinin olmasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafı üçün əhəmiyyəti bildirilib. Lombardiya Regionunun İtaliyanın iqtisadi və mədəni həyatında önəmli yerə malik olduğunu nəzərə alaraq, bu regionun Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişafına əlavə töhfələr verə biləcəyindən əminlik  ifadə olunub.

Lombardiya Regionunun prezidenti gənclik dövründə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın son illərdə əldə etdiyi yüksək nailiyyətlər barədə məlumatlı olduğunu bildirib və rəhbərlik etdiyi regiondan olan şirkətlərin Azərbaycandakı yeni iqtisadi imkanlardan faydalanmasında maraqlı olduğunu, eləcə də Lombardiyanın yüksək elmi-texnoloji potensialını da nəzərə alaraq, regiondakı ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının Azərbaycandakı müvafiq qurumlarla əlaqələrinin də inkişafının faydalı olacağını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə intensivliyin müşahidə olunduğunu, bu xüsusda cari ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri vaxtı Prezident İlham Əliyevlə apardığı müzakirələri xatırladıb, habelə səfər vaxtı dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində operativ qərargahı Milanda yerləşən Maire Tecnimont şirkəti tərəfindən inşa edilən polipropilen zavodunun açılışının keçirildiyini bildirib. Azərbaycanın inkişaf strategiyası, prioritet inkişaf istiqamətləri, ölkəmizin regional və beynəlxalq layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsindəki aparıcı rolu barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizlə daha yaxından tanış olmaq və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün A. Fontananı regiondan olan iqtisadi və elmi-akademik qurumların nümayəndələrinin müşayiəti ilə Azərbaycana səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya Regionunun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Xəbər Lenti

| Lavrovdan Qazaxıstanın latın əlifbasına münasibət

| Putinin qızı ilk dəfə Rusiya televiziyasında - FOTO

| Güləşçimiz Rusiyada medal qazandı

| Dəməşqə atılan raketlər havada məhv edildi

| Minlərlə Santa-Klaus Madrid küçələrinə axışdı

| Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB

| Ər-Riyad Ankaranın tələbini rədd etdi

| Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı - VİDEO

| “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

| Rusiya çempionu hamamda öldü

|

DÜNYA BALACA KƏNDDIR...

| “Qarabağ”ın qarşısını almaq mümkün deyil - 6:0

| Fransalı nazir Trampa qəzəbləndi: İşlərimizə qarışma!

| MMA döyüşçüsü rəqibini nokautla salamladı - VİDEO

| CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

| Vanadzora seçkilərdə nəzarətin üçün əlavə polis qüvvələri göndərilib

| Azərbaycan Premyer Liqası: Sabah ardıcıl 5-ci matçında qələbə qazana bilməyib

| İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

| DYP Mingəçevirdə reyd keçirib

| Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

| Paşinyanın bülletenləri gətirilməyib

|

Sabah Bakıda hava necə olacaq?

| Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib

| В Баку стартовал пятый Межрегиональный кубок по художественной гимнастике

| Ermənistanda seçici səs verə bilmədi

| Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb

| Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

| Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

| Gəncədə ağır yol qəzası baş verib

| Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb

| Boliviyada ağır yol qəzası, ölənlər və yaralananlar var

| Tacikistanda dördəm uşaqlar doğulub

| Köpək balığı sörfinqçiyə hücum edib

| Tereza Mey «Brexit» sazişi üzrə parlament səsverməsini təxirə sala bilər

| Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

| Ermənistanda parlament seçkiləri başlayıb