Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

  47

 

“Nar” 2018-ci ilin üçüncü rübünün nəticələrini açıqladı

 

Cari ilin üçüncü rübünün nəticələrinə əsasən “Nar” bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib. 

 

Təkmilləşdirmə işlərinin nəticəsi olaraq ikinci rübdən bu yana 370-dən çox 4G, 70-dən çox 3G baza stansiyaları qurulub. Hazırda ölkə ərazisində “Nar” 4G baza stansiyalarının sayı 1620-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa 40-dan çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Nəticədə mobil operatorun abunəçi bazası üçüncü rübdə 4% artıb. “Nar” hazırda 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 

 

Yeni istismara verilən “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində, 2018-ci ilin əvvəli ilə müqayisədə, “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı yarım milyona çatıb. 

 

“Nar”-ın üçüncü rüb ərzində həyata keçirdiyi əhəmiyyətli layihələrdən bir də brendini və şüarını yeniləməsi oldu. Yenilənmiş “Nar” brendi müştərilərin ehtiyaclarını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır. 

 

Daim yenliklər edən “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV -  “Nar TV” tətbiqini təqdim edib. “Nar TV” istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verir. 

 

Üçüncü rüb ərzində müştəri məmnuniyyətində də artım müşahidə olunub. “Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Üçüncü rüb ərzində müştəri loyallığı indeksi 11%, internet məmnuniyyəti indeksi isə 4% artıb. 

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır

Xəbər Lenti

| Lavrovdan Qazaxıstanın latın əlifbasına münasibət

| Putinin qızı ilk dəfə Rusiya televiziyasında - FOTO

| Güləşçimiz Rusiyada medal qazandı

| Dəməşqə atılan raketlər havada məhv edildi

| Minlərlə Santa-Klaus Madrid küçələrinə axışdı

| Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi - YENİLƏNİB

| Ər-Riyad Ankaranın tələbini rədd etdi

| Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı - VİDEO

| “Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

| Rusiya çempionu hamamda öldü

|

DÜNYA BALACA KƏNDDIR...

| “Qarabağ”ın qarşısını almaq mümkün deyil - 6:0

| Fransalı nazir Trampa qəzəbləndi: İşlərimizə qarışma!

| MMA döyüşçüsü rəqibini nokautla salamladı - VİDEO

| CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

| Vanadzora seçkilərdə nəzarətin üçün əlavə polis qüvvələri göndərilib

| Azərbaycan Premyer Liqası: Sabah ardıcıl 5-ci matçında qələbə qazana bilməyib

| İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

| DYP Mingəçevirdə reyd keçirib

| Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO

| Paşinyanın bülletenləri gətirilməyib

|

Sabah Bakıda hava necə olacaq?

| Özbəkistan polisi rüşvət almayacağına dair Qurana and içib

| В Баку стартовал пятый Межрегиональный кубок по художественной гимнастике

| Ermənistanda seçici səs verə bilmədi

| Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb

| Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

| Parisdə etiraz aksiyaları zamanı azı 1550 nəfər saxlanılıb

| Gəncədə ağır yol qəzası baş verib

| Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb

| Boliviyada ağır yol qəzası, ölənlər və yaralananlar var

| Tacikistanda dördəm uşaqlar doğulub

| Köpək balığı sörfinqçiyə hücum edib

| Tereza Mey «Brexit» sazişi üzrə parlament səsverməsini təxirə sala bilər

| Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

| Ermənistanda parlament seçkiləri başlayıb