Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ

  54

Abşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər.

Bunu seherxeber.org-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb:

“Mən yaxın aylarda altı palçıq – Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarının püskürməsinin ehtimal olunduğu proqnozunu vermişdim. Qobustanda olan Şəkixan və Ayazaxtarma vulkanları artıq püskürüb. Bunların püskürməsi qorxulu deyil.

Yaxın aylar ərzində də dörd palçıq vulkanının püskürəcəyi gözlənilir. İki palçıq vulkanı var ki, onların püskürməsi qorxuludur. Abşeron yarımadasında Bozdağ Qobu vulkanının püskürməsi çox qorxuludur.

O püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Həmin binalar vulkanın mərkəz hissəsinə yaxın yerləşir. Digər tərəfdən, ora yaşayış binaların sakinləri tərəfindən də zibillənir.

İnsanlar məskunlaşan zaman vulkana yaxın ərazidə ev tikməməlidirlər. Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürən zaman çat əmələ gəlmişdi. 1200 metr uzunluğundakı o çat Hökməli qəsəbəsində yerləşən üç binaya çatmışdı. Həmin ərazidə qorxulu vəziyyət yarandığı üçün sakinləri köçürmüşdülər. İndi Hökməli qəsəbəsində də vulkan ətrafında böyük bir yaşayış massivi əmələ gəlib, amma bu çox təhlükəlidir”.

Adil Əliyev bildirib ki, Ələt qəsəbəsindəki Bahar vulkanında püskürmə güclü ola bilər, amma Bozdağ Qobu kimi qorxulu deyil:

“Çünki ətrafında yaşayış binaları yoxdur. Bu vulkan püskürərsə, geniş əraziyə yayılacaq. Azərbaycanda hər il quru sahələrdə iki-üç vulkan püskürməsi baş verir. 

Bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır. 2011-ci ildən Azərbaycanda palçıq vulkanlarının püskürməsi baxımından vəziyyət sakit idi. Ötən il isə aktivləşmə müşahidə edilib”.

Professor qeyd edib ki, palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə şərait yaradır:

“İnsan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb. 2000-ci ildə Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı püskürmüşdü. Vulkanın kraterinin ətrafında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb və onun püskürməsi süni baş verib”.

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında yeddi vulkan püskürüb. Abşeron yarımadasında - Otmanbozdağ, Lökbatan, Keyrəki, Şamaxı-Qobustan rayonunda isə Bozaxtarma, Şixzərli, Qarıca və Şəkixan vulkanları püskürüb.

Həmin aktivliyin davamı bu il də müşahidə edilib. Belə ki, bu il Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (iki dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ vulkanları püskürüb.

İlhamə Əbülfət

Xəbər Lenti

| Bakının mərkəzində avtobus yandı

| Nəhəng dalğa turisti havaya uçurdu - VİDEO

| Yeni Zelandiyada avtomatların satışı qadağan olunacaq

| Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu

| Gəncədə avtomobil piyadanı vurub öldürdü

| Samuxda ər arvadının qanını tökdü

| Xorvatiyanın müdafiəsində problemlər var - Millimizin baş məşqçisi danışdı

| Göyçayda gənc faciəvi şəkildə öldü

| FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

| Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

| İşdə siyasət

| Luka Modriç: Azərbaycan çox təhlükəli komandadır

| Bakıda Novruz tonqalları alovlandırıldı - VİDEO

| Millimiz səfərdə Rusiyaya uduzmadı - Final Yerevanda olacaq

| Xınalıq yolunda qar uçqunu baş verib

| Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO

| Xaricdə yaşayan azərbaycanlılar Novruzu necə qeyd edirlər? - FOTO

| Rusiyalılardan Balidə film kimi cinayət - iki ölü

| ​Di Kaprio və Bred Pittin baş rolda çəkildikləri filmin treyleri yayıldı - VİDEO

| İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi

| Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO

| Göyçayda hər gün 65 ton məhsul satışa çıxarılan yarmarka açıldı

| Türkiyədə terrorçularla əlaqəli olan azərbaycanlı saxlanıldı

| Elçin Quliyev bayramı iranlı həmkarı ilə qeyd edəcək

| İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

| İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

| Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon manat cərimələdi

| Qazaxıstan parlamenti Astananın Nursultan adlandırılmasına səs verdi

| Şamaxıya qar yağdı - FOTO

| Azərbaycanlı rusiyalı məktəbli ilə evlənməklə cəzadan qurtula bildi

| Azərbaycanda illərin sınağından çıxmış adətin sirri

| Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçildi

| Səməni halvası belə hazırlanır - VİDEO

| Bakı-Şamaxı yolunda DYP maşını aşıb, xəsarət alan var - VİDEO

| Türkiyədə güclü zəlzələ oldu

| SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı

| Xızıda “şübhəli” 110 toyuq aşkarlandı

| Qazaxda bir gecədə üç nəfəri bıçaqladılar

| Peşə təhsili müəssisələrində ödənişli və pulsuz təhsil - QƏRAR

| Sabaha olan hava proqnozu açıqlandı

| Bakının mərkəzində Kosa və Keçəlin rəqsi - VİDEO

| Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq

| Bakıda ana və qızını maşınla vuraraq qaçan sürücü tutuldu

| Zakir Həsənov Pakistanda paradda iştirak edəcək

| Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi

| Nə qədər avtomobil gətiririk, nə qədər istehsal edirik?

| İlham Əliyev: Bu, Ermənistana birmənalı ciddi siqnaldır

| Polis olmaq istəyənlərin nəzərinə

| İş müsahibəsinin 7 qaydası

| Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO

| İxtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib - QƏRAR

| Bu il üçün balıq ovunun kvotası müəyyənləşdi

| Bakıda 22 yaşlı piyadanı maşın vurdu

| Azərbaycan prezidenti: İslahatlar dərinləşəcək

| Bakıda qonşuların davası qanla bitdi - VİDEO

| İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi