Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İlham Əliyev: KTMT-nin hər hansı bir problemi varsa, o da Ermənistandır

  39

 

 

Regionumuzda baş verən vəziyyəti müşahidə edirik, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu yaxınlarda Qazaxıstanda keçirilmiş Sammitini çox diqqətlə izlədik. Biz buna laqeyd deyilik. Fikrimcə, bunu başa düşmək olar. Çünki Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. 

seherxeber.org-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşdə çıxış edərək deyib.

Dövlət başçısı bildirib ki, bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir: 

“Biz beynəlxalq siyasətin digər məsələlərini də müzakirə edirik. Bu da Ermənistanda hər hansı təşviş doğurmamalıdır. Ermənistanın Xarici İşlər Nazirliyinin bu yaxınlardakı bəyanatını beynəlxalq təcrübədə tamamilə yolverilməz hesab edirik. Xarici İşlər Nazirliyi digər ölkənin, xüsusilə də müttəfiq sayılan ölkənin prezidentinin hərəkət və sözlərini şərh edə və yanlış adlandıra bilməz”. 

“Yanlışlıq belə əməlləri özünə rəva bilən Ermənistanın Xarici İşlər Nazirliyinin davranışıdır. Görünür, bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir. 

Biz, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibin Ermənistan nümayəndəsinin təyinatını narahatlıqla qəbul etdik. Əvvəla, ona görə ki, bu dövlət Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. İkincisi də əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş namizədin özünün şəxsiyyətinə görə. Burada da, deyildiyi kimi, bizdə personajın özünün hansı keyfiyyətlərə malik olması şübhə doğurmur”, - deyə Azərbaycan prezidenti qeyd edib. 

İlham Əliyev bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibinin rəhbərlik etdiyi və Ermənistan ordusu üçün ağır məğlubiyyətlə nəticələnən Azərbaycan və Ermənistan ordularının döyüş qarşıdurmaları zamanı rüsvayçı davranışını xatırlamaq kifayətdir: 

“Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi mühüm beynəlxalq quruma bu şəxsin təyinatı müəyyən dərəcədə təşkilata hörmətsizlik idi. Bu adamın cinayətə görə təqib edilərək sürgün edilməsi isə beynəlxalq təcrübədə nadir hadisədir - beynəlxalq məmur bu minvalla məsuliyyətə cəlb olunur və üzv ölkələrə heç bir xəbər verilmir.

Buna görə də bir daha demək istəyirəm ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir. Bizim münasibətlərimizə gəlincə, onlar sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib.

Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim münasibətlərimizi daha da möhkəmləndirəcək. Səfərin gündəliyi olduqca genişdir, xeyli sənəd imzalanacaq. Əminəm ki, həmin sənədlər bundan əvvəl reallaşdırılan digər razılaşmalar kimi gerçəkləşəcək”.

 

Xəbər Lenti

| Qurban Qurbanov təzminatdan imtina edib

| Alimlər qadjetlərin uşaqlara təsiri barədə

| Taksidə siqaret çəkənlər cərimələnəcək - RƏSMİ

| Tallində “Azərbaycan Bayrağı” Festivalı keçirilib - FOTO

| Pul xərcləmədən qarderobu necə yeniləmək olar? - VİDEO

| Bərdədə maşın qoyun sürüsünü vurdu - VİDEO

| “Qalatasaray” avrokuboklarda yoluna davam edəcəkmi? - PREVYU

| Azərbaycanda rektor beş il müddətinə təyin ediləcək

| Lənkəranda ana yeddi aylıq uşağını bətnində öldürdü

| İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

| Elçin Əlibəyli: Bu feodal düşüncəli tipi kim tutub gətirib? - VİDEO

| “Odlu şar” canlı yayımı yarımçıq qoydu - VİDEO

| Bakının mərkəzində dəhşət: ər arvadını 5-ci mərtəbədən atdı

| Şəkidə maşın 50 yaşlı kişini vurub öldürdü

| Bakıda özəl klinikada oğurluq kameraya düşdü -VİDEO

| Azərbaycanda E-commerce 1.0 Forumu keçirilib - FOTO

| Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

| 500-lük avro dövriyyədən çıxarılır - SƏBƏB

| FHN çayda batan şəxsi axtarır

| Bakının “bit bazarı”ndan - FOTOREPORTAJ

| Azərbaycanda yeni sayt açılıb

| XX əsrin ən çox dinlənilən mahnısı məlum oldu - VİDEO

| Prezidentlər və krallar arasında telefon danışıqları necə baş tutur?

| Makron fransız xalqına söz verdi

| Bahar Muradova Ermənistandakı seçkilərdən və “siyasi məhbus”lardan danışdı

| Bakıda kafedə qətllə bağlı bir nəfərin həbs müddəti uzadıldı

| İldırımdan necə qorunmalı?

| Məşhur “pəhləvan” kenquru öldü - FOTO/VİDEO

| Zığda avtomobil piyadanı vurub öldürdü - FOTO

| Kanadada azərbaycanlılar erməni təxribatına etiraz ediblər

| Fransada azərbaycanlıların yer aldığı qruplaşmaya qarşı əməliyyat keçirildi - VİDEO

| Makron ölkədə fövqəladə vəziyyət elan etdi

| Rusiyada evə basqın edən azərbaycanlının işi məhkəməyə göndərildi

| Kolumbiyada dəhşətli qəzada 13 idmançı öldü

| Arvadının qohumunu zorlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

| Prezident DOST agentliyi ilə bağlı fərman imzaladı

| Bakıda mənzildə meyit tapıldı

| Prezident fərman imzaladı

| Qubada məktəbdə yanğın olub

| Paşinyan Türkiyəyə təklif irəli sürdü

| Əhməd Əhmədzadə: Heydər Əliyev dedi ki, bu sözün xoşuma gəldi

| Aydın Səfixanlı: Müvəkkilin vəsatətləri əsasında 638 məhkum əfv olunub

| Bakının bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

| Qocalıb ölən inəklərin ətini yeyirik? - VİDEO

| Xaçmazda avtomobillə vurulan 53 yaşlı kişi öldü

|

Ziyafət Əsgərov: Tərbiyəm heç vaxt imkan verməz ki, sədrimizə “sən” deyim

| Bakının bir hissəsində su olmayacaq

| Azərbaycanda övladlığagötürmə prosesi şəffaflaşır

| Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

| Poroşenko Rusiya ilə dostluq sazişini ləğv etdi

| “Maşın Şou” yaxınlaşır - Murad Dadaşovla eksklüziv müsahibə ­- VİDEO

| “Fitch” Azərbaycandakı dollarlaşma səviyyəsini təhlil etdi

| Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək

| Aydın Səfixanlı: Müvəkkilin vəsatətləri əsasında 638 məhkum əfv olunub

| Ceyhun Topçubaşev Prezidentin fərdi təqaüdünə layiq görülüb

| İlham Əliyev fəxri adlar verdi - SİYAHI

| Rayondan qaçıb altı dəfə həbs olunan məhkum: Evə kişi kimi girirdim - VİDEO

| İlhamə Quliyevanın oğlunun adı keçən cinayət işi yekunlaşdı

| Marsa səfər insanları qocaldacaq

| Uşağa siqaret çəkdirmək yolverilməzdir - RƏY

| Şahin Diniyev: Biz milliyə namizədləri müzakirə edəcəyik

|

Torpaq, yuxu vaxtındı...

| Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL

| Rusiyaya aparılan Azərbaycan pomidorlarında güvə aşkarlandı - FOTO/VİDEO

| Səfurə İbrahimova uzun illərdən sonra ilk dəfə efirə çıxdı - VİDEO

| “Formula-1” Azərbaycan Qran-Prisi üçün marşal axtarılır

| Sumqayıt yollarında GTA: Xeyli avtomobil zədələndi - VİDEO

| Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

| Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

| Bacısının sevgilisini öldürən şəxs həbs edildi

| Sergey Markov: Azərbaycan Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir

| Azərbaycanlılar Gürcüstana qoyulan investisiyaya görə üçüncüdür

| Bezdim: Koçaryanın vəkili azərbaycanca danışdı - VİDEO

| Generalın xatirələri: Heydər Əliyevi “Jiquli”mlə aparıb-gətirirdim

| “Bank Respublika” istehlak kreditləri üzrə faiz dərəcəsini 18 faizə endirdi

| Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI

| Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verdi

| ABŞ-da polisin sürücünü güllələməsi kameraya düşdü - VİDEO

| “Arsenal” – “Qarabağ” görüşünün hakimləri müəyyənləşdi

| “Bomj” küçədən keçən şəxsi yük maşınının altına itələdi - VİDEO

| “Google”un proqramçısı iş yerində keçindi

| Arif Qazıyevin adı keçən cinayət işində məhkəmə tərkibinə etiraz

| “Formula-1”in pilotu Bakı Qran-Prisindəki insidentdən danışdı

| Tehranda Xəzərdə təhlükəsizlik müşavirəsi keçiriləcək

| Türkiyə vətəndaşı Bakıda gecə klubunun qarşısında öldü

| Külli miqdarda qanunsuz siqaretə görə üç nəfər həbs olundu - VİDEO

| Ermənistanda Paşinyanın heykəlini dağıtdılar - FOTO

| Qubada tələbə itkin düşüb

| “Soyğunçuluq” və “çılğınlıq”: Fransa etirazları şahidlərin gözü ilə

| Umayra Tağıyevaya vəzifə verildi

| Reynaldo “Qarabağ”a qayıdır

| Sabaha olan hava proqnozu

| Rəşad Sadıqov millidəki istefalar barədə: Gözləmirdim

| Bakı metrosunda qadının halı pisləşdi

| Abşeronda ağır qəza: bir ölü, iki yaralı

| Azərbaycanda həkim zirvəyə qalxarkən öldü

| Öz dərvişləri Parisi partlatmasa, yaxşıdır

| Bakının məşhur bazarı sökülür