Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

KİVDF növbəti fərdi jurnalist
yazıları müsabiqəsi elan edib

  59

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

  1. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
  2. Cari məsələlər.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. V.Səfərli qeyd edib ki, 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək davam edəcək müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsini elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:

№ İstiqamətin adı:

  1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.
  2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.
  3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.
  4. İctimai və dövlət maraqlarının müdafiəsi.
  5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.
  6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.
  7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması.
  8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.
  9. Azərbaycançılıq ideyasının təbliği.
  10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
  11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
  12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.
  13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
  14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
  15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
  16. Ekologiya və ətraf mühitin mühafizəsi.
  17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.
  18. Elm və təhsilin inkişaf etdirilməsi.
  19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Müsabiqədə iştirak

 

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim

olunan yazılara aid tələblər

 

  1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
  2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.
  3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
  4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

QEYD: İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər yazılarını Fondun müsabiqə meyarlarına cavab verən qəzetlərdə dərc etdirməlidirlər.

  1. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

  1. a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;
  2. b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan; (1 il müddətində).
  3. c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

 

Yazıların qəbul qaydaları

 

  1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə:
  2. Yazının elektron variantı (Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə
  3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə:
  4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

 

Tələb olunan sənədlər

 

  1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə):
  2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə):
  3. Şəxsiyyət vəsiqəsi və surəti:
  4. Şəxsi VÖEN və surəti:
  5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).

 

Fonda təqdim edilmiş

yazılar və sənədlər

geri qaytarılmır

 

Yazıların qəbulu 8 noyabr 2018-ci il tarixdə başlayır, 14 dekabr 2018-ci il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması.

 

Hər istiqamət üzrə

6 qalib müəyyən edilir

 

I yer üçün bir nəfər (500 AZN)

II yer üçün iki nəfər (400 AZN)

III yer üçün üç nəfər (300 AZN)

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür.

Xəbər Lenti

| Dünyanın ən kiçik avtomatı – VİDEO

| Rusiyada maçete ilə silahlanmış şəxs polislərə hücum etdi – VİDEO

| “Neftçi” Türkiyədə uduzdu

| Tanınmış teleaparıcıya ağır itki üz verib

| Bakıda yaşayış binasında yanğın olub

| Millət vəkilinə ağır itki üz verib

| Quaydo özünü Venesuela prezidenti elan etdi

| Şamaxıda bıçaqlanma olub

| Ay naməlum obyektlə toqquşdu

| Finlandiya prezidentindən Qarabağ münaqişəsi ilə bağlı nikbin bəyanat

| Putin Ərdoğanı təriflədi - VİDEO

| “Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi

| İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

| NATO-dan Gürcüstanla bağlı bəyanat

| Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

| Mingəçevirdə təhlükəli tapıntı – FOTO

| İki rayonun polis şöbəsində kadr dəyişiklikləri olub

| İsveçrə şirkəti AFFA-ya məktub göndərdi - FOTO

| Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

| Mxitar Davidyan: Azərbaycan layiqli komanda idi - VİDEO

| Azərbaycanda fahişəliyi leqallaşdırmağa dəyər?

| AzTV-nin iki ölkədə bürosu bağlanır

| “SOCAR karbamid” məhsulun 70 faizini ixrac edəcək

| Azərbaycan Cənubi Sudana sülhməramlı göndərib

| Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ

| Peşə birlikləri və sosial sifarişlər haqqında qanunlar dəyişdirilir

| Voleybol millimizin Avropa çempionatındakı rəqibləri bilindi

| Eskpert: Tramp üçün Qarabağın ermənilərdə olması sərfəli deyil

| Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşüb - FOTO

| Rusiyada azərbaycanlı diaspor lideri mühakimə olunur

| Sabir Hacıyev AŞPA-nın Sosialistlər qrupunun vitse-prezidenti seçildi

| Paşinyan İlham Əliyevlə görüşündən danışdı - VİDEO

| “Hababam sınıfı”nın daha bir aktyoru vəfat etdi

| Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi - VİDEO

| Azərbaycanlılar yanan maşından ukraynalıları xilas etdi - VİDEO

| Prokuror sabiq nazirin qardaşına cəza istədi

| Səməd Seyidov: İmzalamadığımız sənəddən imtina etməyimiz istənilir

| Azərbaycanda bir kişinin iki arvad saxladığı evdən - VİDEOREPORTAJ

| Tərlan Əhmədov: Onun əsli kosovoludur və bunu şişirtməyə lüzum yoxdur

| AzTV-də “təmizləmələr” başladı

| Zoltan Hernyes: Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur

| Bolqarıstanda qrip epidemiyası

| Yoxa çıxan təyyarədə olan futbolçunun audiomesajı yayılıb - FOTO/VİDEO

| Arzu Əliyevanın həyatında özəl gün

| 2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ

| DYP sürücülərə müraciət edib

| XİN başçısı: Gürcüstan və Azərbaycan arasında qarşılıqlı dəstək mövcuddur

| Azərbaycanın “Dostluq” ordeni kavaleri vəfat etdi

| Təyyarəni ələ keçirən rusiyalı müayinədən keçəcək - FOTO

| Qida məhsulları istehsal edənlərin hamısı vergiyə cəlb olunacaq

| Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

| Pakistanda hərbi təyyarə qəzaya uğrayıb: ölən var

| Ailə qadına deyir ki, zorakılığa dözməlisən - RƏY

| Nizami rayonunda su borusu partladı - VİDEO

| Yunan mətbuatından iddia: “Neftçi”nin transferi qanunsuz olub

| Ərdoğan Rusiyaya getdi

| Qazaxıstanın adı dəyişdirilə bilər

| Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi - FOTO

| Mübariz İbrahimovu tənqid edən psixoloqdan xəbər var

| Deputat: Bu, onların borcu və missiyasıdır

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusam?

| Daha iki gürcüstanlı “donuz qripi”ndən öldü

| “Neftçi”nin futbolçusunu torta batırdılar - FOTO

| Sinoptiklərdən hava müjdəsi

| Sədr müavini: Boşanmış qadın başqasını sevə bilər

| Venesuelada Uqo Çavesin heykəli yandırıldı - FOTO/VİDEO

| Türkiyədə fahişəlik edən azərbaycanlı saxlanıldı - FOTO

| AzTV-də yoxlamalar başladı: İşdən çıxarılanlar var

| İndoneziya səmasında qeyri-adi görüntü - VİDEO

| Sumqayıtda avtobus piyadanı vurub öldürdü

| Rusiyada qadın “donuz qripi”ndən öldü

| İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

| Boyu 165 sm-dən yuxarı olan gənclərin nəzərinə

| Ərini ürəyindən bıçaqlayan qadın hakim qarşısında

| Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə - VİDEO

| Ən yüksək maaşı olan şəhərlər bəlli oldu

| Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

| Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

| İlin ilk sanksiyası: Üç idmançımızda dopinq aşkarlandı

| Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

| Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

| Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

| “EuroMillions” lotereyası 120 milyon avro mükafatla super-tiraj keçirir

| Suriya Təl-Əvivi hədələdi

| Prezidentin ailəsində özəl gün - FOTO

| Yaqland: Təəssüf ki, bizi yenə ATƏT-in Minsk qrupuna yönəldəcəklər

| Meksika qətllərin sayına görə rekord qırdı

| Azərbaycan nefti ucuzlaşıb

| 300 min avroluq futbolçu rəsmən “Neftçi”də - VİDEO

| “Oskar”a namizədlər açıqlandı - VİDEO

| Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

| Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

| Dünyanı içməli su qıtlığı gözləyir

| Niaqara şəlaləsi dondu - FOTO

| Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı - ÖZƏL

| Trampa NATO-dan çıxmağı qadağan etdilər