Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Müsəlman imtiyazla yox,
məsuliyyətilə xəlifədir

  17

Bəşər həyatının keşməkeşli hadisələrini təhlil edən bəzi insanlar Şey-tan və heyvani nəfsin törətdiyi bəla və müsibətlərə rəğmən soruşurlar: "Hər şeyə qadir olan Allah nə üçün haqq ilə batilin, nur ilə zülmətin mübarizəsinə bilavasitə müdaxilə etmir?"; "Allah hər şeyə qadirdirsə, nə üçün hamını sa-leh əməl sahibi etmir?"; "O, iqtidar və müxalifətlər, dövlət və xalqlar arası münasibətlərin yaxşı olmasını bir "ol" əmrilə tənzimləyə bilməzmi?" Bu su-allara səthi cavab axtaranlar Rəbbin hikmətindən xəbərsizdirlər. Onlar unu-durlar ki, Şeytan və heyvani nəfs əslində dünyanın dinamik inkişafını təmin edən aparıcı qüvvələrdən biridir. Şeytanın qaçış meydanında arxadan gələn bir marafonçu kimi hənirtisini nəzərə almayanlar, ziddiyyətlərin vəhdəti qanununu da inkar etmiş olurlar.

 

Qadir olan Allah, həm də Hakimdir

 

Gecə, şər, şor, haram, zülm, cəhalət olmadan gündüz, xeyir, şirin, ha-lal, ədalət və elmin dəyəri bilinib, onların sərhədləri müəyyənləşərdimi?! Haqqın sadəcə haqq olduğu üçün mübarizəsiz qalib gələcəyini zənn edən-lər Allahın bir sifətini nəzərə alıb, digər sifətlərinə diqqət vermirlər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir və buna hər bir imanlı bəndə qəlbən inanır. Lakin Allah Qadir olduğu kimi, həm də Alim və Hakimdir. Yəni qüdrətini hansı sahədə və necə təcəlli etdirəcəyini yalnız O bilir. Allah həm də Hakim olduğu üçün, Onun bütün icraatları hikmətlidir. Gecə və gündüzü də, qış və baharı da yaradan Allah qüdrət sahibidir. Əgər həmişə gecə və qış olsaydı, Yer kürəsi, ağac və bitkilər ölüb insanlara heç bir ruzi verməzdilər. Əgər həmişə gündüzlə bahar olsaydı, onda Yer kürəsi, ağac və bitkilər gücdən düşüb qısa müddətdə qısır qalardılar.

Allah Qüdrət sifətilə (Allahın varlıqlar üzərində iradə və elminə uyğun təsərrüf etməsi) dünyanı Günəşdən min dəfələrlə böyük edə bilərdi. Amma Hakim sifətilə - hikmətilə bunu etməyib. Əks təqdirdə, Yerlə Günəş ara-sında cazibənin tarazlığı pozulardı... Allah Qüdrət sifətilə Yerlə Günəş arasında məsafəni 1,5 mln. km edib. Əgər bu məsafə az və ya çox olsaydı, insanlar ya istidən, ya da soyuqdan məhv olardı. Allah Qüdrət sifətilə insanı olduğu ölçüdən böyük də yarada bilərdi. Amma hikmətilə bunu rəva bilməyib. Əks təqdirdə, Yer kürəsi çağdaş və gələcək bəşərin yaşayışını lazımınca təmin edə bilməzdi və s. və i. Göründüyü kimi, Allah ayrı-ayrı şəxs və qrupların arzusu ilə deyil, öz dərgahında qurduğu bir plan üzrə fəaliyyət göstərir. Başqa sözlə, O, sonsuz qüdrətini ilahi elm və hikmətinin vəhdətilə idarə edir. Deməli, bəndənin kainat və onun içindəkilərinin naminə yox, yalnız öz arzusunu həyata keçirmək üçün Allahdan umması son dərəcə yersizdir. Bu, həm də fikir, düşüncə azadlığına ziddir. Çünki "Mənim kimi düşünməyənlər düşmənimdir" tezisi, başqalarının söz və vicdan azadlıqlarına bir qəsddir.

"Allah hər şeyə qadirdir" - deyib, müəyyən bir işin meydana gəlməsi üçün lazımi səbəblərə müraciət etməyənlər, əslində səbəb dairəsilə etiqad dairəsini bir-birinə qarışdırırlar. Məlumdur ki, səbəblər Allahın qanunlarıdır. Onlara riayət etməmək ilahi iradəyə qarşı çıxmaq deməkdir. İradəyə qarşı çıxanların qüdrətdən imdad diləmələri isə boş bir istəkdir. Başqa sözlə, bu, yanlış yol və metodlarla doğru məqsədə çatmaq xülyasıdır. Məsələn, işlərin başlanğıcı hərəkətdir. Bunun üçün səbəblərə riayət etmək, yəni ayağa qalxmaq lazımdır. Əksinə, "Allah istəsə, insanı oturarkən də hərəkət etdirər" - deyən adam, olduğu yerdə qalmağa məhkumdur. Belələri, məlum filmdə göstərildiyi kimi, lotereya almadan Allahdan avtomobil istəyənlərə bənzər.

Məlumdur ki, peyğəmbərliyin əlamətlərindən biri də möcüzədir. Lakin möcüzələr xaricində peyğəmbərlər belə adi insanlar kimi səbəblərə müraci-ət edib, Allahın iradəsinə tabe olublar. Onlar "Allah hər şeyə qadirdir" - deyib, əkmədən biçməyə başlamayıb, öyrətmədən hidayətə çatdırmayıb, cihada getmədən qələbəni təmin etməyiblər. Əshabdan bir qrup Peyğəmbər(ə)-nin ziyarətinə gələrkən xəbər göndərir: "həz.Məhəmməddən soruşun: "Dəvələrimizi bağlayaq gələk, ya bağlamayıb onları Allaha təvəkkül edib gələk". Peyğəmbər(ə) xəbər göndərir: "Dəvələrinizi bağlayın, Allaha təvəkkül edin, sonra gəlin".

 

Səbəb və etiqad dairələri

 

Səbəb dairəsilə etiqad dairəsinin qarşılıqlı münasibətindən doğan məntiqə görə, kafirin islami olan bir vəsfi (keyfiyyəti, sifəti) müsəlmandakı qeyri-islami vəsfə qalib gəldiyi üçün, həmin kafir müsəlmana qalib gələr. Bu tezis sırf dünya həyatı üçün deyilib. Məsələn, doğruluq və əzm göstərmək İslamın tələb etdiyi mühüm sifətlərdir. Həmin sifətlər kimdə olarsa, uğuru da o qazanar. Əgər qeyri-müsəlman bu sifətlərə müsəlmandan daha artıq sa-hib çıxarsa, qələbə onundur. Çünki o, müsəlmandan fərqli olaraq, haqq metod və vasitələrdən istifadə edir. Əslində bu durum kafirin müsəlmana qalib gəlməsi yox, kafirdəki İslami sifətlərin bəzi müsəlmanlardakı qeyri-islami sifətlərə qalib gəlməsidir. Lakin dünyadan fərqli olaraq, axirətdə durum tam başqadır. Burada Cənnətə girməyin əsas şərti imandır. Bu şərti kim yaşa-darsa, səadət mənzilinə də o çatar. O ki qaldı kafirin axirətdəki durumuna, şübhəsiz imandan məhrum olunduğu üçün onun yeri Cəhənnəmdir. İslami sifətlərə malik olduğu üçün o, imanlı bəndədən fərqli olaraq, mükafatını dünyada ikən alır. Göründüyü kimi, səbəbləri nəzərə almayan, haqq metod və doğru yolu tapa bilməyən imanlı bəndə dünyadan nəsibini ala bilməsə də, imanı onu Axirətdə mükafatlandırır.

İlahi hikmətə görə, həm möminin, həm də kafirin yaşamaq haqqı var. Çünki Allah kimi və ya nəyi yaradırsa, əvvəlcə onun ruzisini hazırlayır. Kimə mədə verilibsə ona ruzi, kimə göz verilibsə, ona görünən şeylər, kimə qulaq verilibsə ona eşidilən səslər və s. və i. dəyərlər verilib. Yəni burada insanın etiqadına, inancına baxılmaz. Bunu "Kafir olanlara da ömürləri boyu ruzi verib, lakin sonra Cəhənnəm əzabına düçar edərəm" (Bəqəra 126) Rəbb kəlamı təsdiq edir. Göründüyü kimi, Allah Rəzzaq(ruzi verən) və Şafi (şəfa verən) sifətilə mömin və kafirə fərq qoymur. Kim bu dəyərlərə sahib çıxıb, elm və iradə ilə səbəbləri taparsa, dünyadakı yaxşı yaşayışı da o təmin etmiş olar.

 

Rəbbin Kəlam və İradə sifətləri

 

Allahın Kəlam sifəti Onun hərf və səsə möhtac olmadan danışması deməkdir. Allahın İradə sifəti isə Onun hər şeyi dilədiyi kimi təyin və təsbit etməsidir. Kəlam sifətindən doğan ilahi qanunlar Rəbbin kitablarında (Tövrat, İncil, Quran) yazılıb. İnsan social statusundan asılı olmayaraq bu hökmlərin yerinə yetirilməsində sərbəstdir, yəni həmin qanunları icra edə də, etməyə də bilər. İradə sifətindəki qanunlar isə bütün kainat üçün məc-buridir. Bu hökmlər canlı-cansız, mömin-kafir, insan-heyvan kimi hər bir mövcudata aiddir. Məsələn, qüvvətlinin zəifə qalib gəlməsi Rəbbin İradə si-fətinin bir təcəllisidir. Polad qılınc qüvvətli, taxta qılınc isə zəifdir. Vuruşda sözsüz ki,polad qılınc qalib gələcək. Burada iman nəticəyə təsir göstərməz. Əgər imanlı bəndənin əlində taxta, kafirin əlində isə polad qılınc varsa, son-da məğlub olan "iman" yox, "taxta"dır. Təbii ki, imanlı bəndə döyüşdə Alla-hın iradə sifətini nəzərə alıb, kafirin işlətdiyi İslami metodlardan istifadə et-səydi, nəticə başqa cür olardı.

Allahın Kəlam və İradə sifətlərinin vəhdətinə nail olanlar əməllərinin qarşılığını həm dünyada, həm də axirətdə alarlar. Kəlam sifətinə söykənən qanunlara uyanlar mükafatlarını, uymayanlar isə cəzalarını ümumən axirətdə görərlər. İradə sifətindən doğan ilahi qanunlara riayət edənlərin mükafat və cəzaları isə çox vaxt bu dünyada verilər. Bu iki İlahi qanunun hökmlərini qarışdıran insan səhv yoldadır və sonda onu məğlubiyyət gözləyir. Məsələn, iki əkinçidən biri dindar və tənbəl, digəri kafir və işgüzar olarsa, Allahın Rəzzaq (ruzi verən) isminin təcəllisilə kafir daha çox faydalanacaqdır. Çünki o, dindar adamdan fərqli olaraq, İradə sifətindən doğan qanuna əməl edib. Deməli, İradə sifətilə bağlı bəndənin görəcəyi işlərin sonu inanca görə yox, qeyrət göstərib çalışmaqla müəyyənləşir. Həmişəyaşar M.Ə.Sabir demişkən: “Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun; millət düyünün açmağa himmət gərək olsun...”

 

Müsəlmanı məğlub edən yanlış metoddur

 

Arı sadəcə bal hasil etməyi, hörümçək isə tor hörməyi bilir. Lakin balı da, toru da yaradan Allahdır. Arı və hörümçək bu ilahi sənətin icrasında bir səbəbdir və gördüyü işə görə də müəyyən dəyər qazanır. Bu iş yalnız onlar üçün təyin olunan sənət və vəzifədir. Nə arı, nə hörümçək başqa işlə mükəlləf də deyil. Ağıl, iradə, iman sahibi insan isə belə deyil. Onun görəcəyi işlərin çeşidi müxtəlif və daha məsuliyyəti olduğu üçün, dəyəri daha yüksəkdir. Təsadüfi deyil ki, "Mən Yer üzərində bir xəlifə yaradacağam" buyuran Rəbb, Şeytan istisna olmaqla, bütün mələkləri insana itaət etdirdi ki, o, elm, iradə və iman vəhdətilə icra etdiyi işə görə mələklərdən üstün, xeyirli olsun. Bu isə bəndənin Allahın gözəl sifətlərindən, o cümlədən Kəlam və İradədən necə istifadəsindən asılıdır. Sözdə, hətta qəlbdə iman edib, fəqət Rəbbi razı salacaq heç bir iş görməyən müsəlmanın məğlubiyyəti işin əvvə-lindən bəllidir. Belələri dəvələrini bağlamadan Allaha təvəkkül edənlər kimi-dir. Bunu vaxtilə qeyri-islam aləminə 600 il elm və mədəniyyət dərsi verən əksər dünya müsəlmanlarının bügünkü acınacaqlı aqibəti sübut edir. Halbuki dünya elmi bugünkü inkişafına görə əsasən Şərq intibahına borcludur.

Bəs ana bətnindəki mikrokainatla ərşdəki makrokainatın sirlərindən bəhs edən Quranlı İslam aləmi nə üçün bu tərəqqini davam etdirə bilmədi? Bir qrup İslam alimi bunu Xaç yürüşləri və Monqol istilası ilə əlaqələndirsə də, fəqət hesab edirik ki, əsl faciə elmi axtarış və yeniliklərə meyl və cəsarətin mənən qırılması səbəbindən baş verib. İntibahın süqutu və intellektual geriliyin bünövrəsinin qoyulması ilə İslam ölkələri tədricən qeyri-islam ölkələri üçün xammal bazası statusunda olub. Bu neqativ prosesin davamı kimi bəzən müsəlman qeyri-müsəlman üçün ucuz işçi qüvvəsinə də çevrilib. Acı tendensiya əsrlər boyu davam edib və təəssüf ki, heç “yoruldum” da demir.

Gündəlik həyatımıza nəzər yetirsək görərik ki, yediyimiz, içdiyimiz, geydiyimiz və istifadə etdiyimiz cihaz, maşın, aqreqat, minik və uçuş vasitələrinin əksəriyyəti qeyri-islam alimlərinin elm, texnika və texnologiya sahəsindəki nailiyyətlərinin nəticəsidir. Bəziləri səbəbləri araşdırmadan həmin sahədəki geriliyimizi müsəlmanlıqda, qeyri-müsəlmanların uğurunu isə sadəcə qeyri-müsəlman olmalarında axtarırlar. Digərləri isə “müsəlman” və “islam” terminlərinin fərqini bilmədən ifrata vararaq “müsəlmanın məğlubiyyətinin səbəbi İslamdadır” deyirlər. Həqiqət isə budur ki, müsəlman doğru metod və vasitələrdən istifadə etmədiyi halda məğlub durumda; qeyri-müsəlman (hətta öz batil niyyətinə nail olmaq üçün) doğru metod və vasitələrdən istifadə etdiyinə görə qalib durumda. Yəni haqqa çata bilmək üçün vasitənin də doğru- haqq olması lazım ikən, bu vasitə-metod yanlış olduğundan sahibinə xeyir qazandırmır. Əksinə, bir batilin, lap kafirin vəsiləsi-metodu haqq (doğru) olarsa, həmin haqq metod o batilə- kafirə uğur qazandıra bilər. Deməli, müsəlmanın geri qalması müsəlmanlığından deyil, onun İslama- haqqa məxsus sifətləri tərk etməsindəndir. Qeyri –müsəlmanın da dünyəvi tərəqqiyə çatması qeyri-müsəlmanlıqdan yox, onun İslama məxsus ittifaq, çalışqanlıq, elm, iradə və digər sifətlərindən irəli gəlir.

 

Çalışmaq ibadətdəndir

 

"Çalışmaq adətim, təvəkkül isə halımdır" Peyğəmbər(ə) kəlamıdır. Hə-disə görə, elmini səfərbər edib, əlindən gələn qeyrəti göstərdikdən sonra saf niyyətlə Allaha təvəkküldə bulunan və qədərə razı olan hər bir fərd və cəmiyyət Onun "Kafi" isminin təcəllisilə ruhunda bir genişlik, vicdanında ra-hatlıq və qəlbində ülviyyət qazanır. Çalışmağı da namaz kimi İslami ibadət-lərdən sayanlar dünya-axirət tarazlığını: "Axirətin üçün çalış, dünyanı da yaddan çıxarma"; "Dünyaya dünyada qalacağın, axirətə isə axirətdə olacağın müddətə görə qiymət ver" Peyğəmbər(ə) kəlamlarında tapırlar. Təsadü-fi deyil ki, bu gün öz güc və qüdrətini, elm və mədəniyyətini çağdaş dünya-ya diktə edən, demokratiya, insan haqq və azadlıqlarının məkrli-məkirsiz qarantı olduğunu bəyanlayan millət və qurumlar 500 ildir ki, məhz isla-mi(geniş mənada, yəni Rəbbə təslim olub, Onun sifətlərinin təcəllilərini işlərində felən tətbiq edən) – ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, biz də daxil olmaqla müsəlman dünyasına dərs verirlər. Lakin o da bir həqiqət-dir ki, dərs almaq hələ hər şey demək deyil. Əsas məsələ dərsi qavramaq və qavranılanı öz ənənə və mədəniyyətinə, “Mən”inə uyğun tətbiq etməkdir. Deməli, çox kövrək və sürüşkən olan çağdaş dünyada söz sahibi olmağımız üçün sadəcə müsəlman adı daşımağımız kafi deyil, xarakterimiz, təfəkkürümüz, iradə və elmimiz, tətbiq edəcəyimiz metod və prinsiplərimiz Rəbb razı qalacağı xəlifəyə- müsəlmana xas sifətlərə malik olmalıdır. Tərəqqi və qələbə ancaq bu şərtlərlə vəd edilib. İlahi qanun belədir!

 Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

Xəbər Lenti

| İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

| Bakının yeni meri kimdir? - DOSYE

| YAP-çı deputatdan etiraz: İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?!

| “Georgia Today” Azərbaycanda turizmin inkişafı barədə

| Çingiz Qənizadə: Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər

| Eldar Əzizov Bakıya icra başçısı təyin edildi

| Bakıda məktəblini öldürməyə cəhd edən şəxs dəlixanaya göndərildi

| Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək

| Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA

| Dövlət büdcəsinin birinci müzakirəsi başa çatıb

| Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ CAVAB

| Deputat AzTV və İctimai TV-dən narazılıq etdi

| “Moon Blue Jazz Club” fəaliyyətə başlayıb

| Sabah Bakıda 15 dərəcə isti olacaq

| Deputat: Reket jurnalistlər bizi biabır edir

| Danimarkalı məşqçi millimizlə oyun üçün start heyətini açıqladı

| Mərkəzi Bank: Nağd pul problemlər yaradır

| Vahid Əhmədovdan tələb: Nazirin vaxtı yoxdursa, başqa addımlar atılsın

| “Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

| Deputat: Parlamentin işçilərinin bir çoxu hələ də evsizdir

| Milli Məclisin büdcəsi məlum oldu - RƏSMİ

| Metropoliten rəsmisi deputatın iradına cavab verdi

| Taksi sürücüsü: Mahnı oxumağım müştəriləri narahat etmir - VİDEO

| Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək

| Kadırov tapançasına status yazdı, “blok” edildi

| Pul üçün rinqə çıxan 13 yaşlı idmançı faciəvi şəkildə öldü - VİDEO

| “Qarabağ”a Britaniya vizası alınması üçün jest edildi - FOTO

| Anar Bağırov: İşə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq

| Çili Azərbaycanda diplomatik nümayəndəlik açacaq

| Bakının bu ərazisində su olmayacaq

| XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında

|

Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

| Güləşçilərimiz dünya çempionatından üç medalla qayıdır - FOTO

| Şagirdlər tətilə çıxır

| Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

| İt üç aydır sahibinin öldüyü yerdə onu gözləyir - VİDEO

| Həyat sığortası: Azərbaycanlılar canlarını qiymətləndirirlər

| Qəbələdə maşın ağaca çırpıldı: futbol məşqçisi öldü - YENİLƏNİB + FOTO

| Bloqer “iPhone” almaq üçün bir vanna pul gətirdi - VİDEO

| ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi hesablandı

| Azərbaycanda vulkan təhlükəsi - PROQNOZ

| Qəbələdə maşın ağaca çırpıldı: ölən var

| Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs hakim qarşısında

| “Çəhrayı miras” adlı üzük rekord qiymətə satıldı - FOTO

| Makrondan Trampa cavab: ABŞ-ın vassalı deyilik

| Xüsusi komissiya: ABŞ Rusiyaya qarşı müharibəni uduzacaq

| İspaniyada 100-dək qadını aldadan “Don Juan” saxlanıldı

| Türkiyədən Kaşıkçının qətli ilə bağlı mühüm bəyanat

| Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

| Elmira Axundova: Əlillərə qulluq edənlərə əmək pensiyası verilsin

| Bakıda “London taksi”si ağır qəza törətdi - FOTO

| Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət etdi

| Tanınmış modelyerə qarşı oğurluq edən şəxslər hakim qarşısına çıxarılır

| Yaponiya Rusiya ilə ərazi mübahisəsinə son qoyacaq

| Zaur Darabzadə: Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam edir

| Saakaşvili Gürcüstan vətəndaşlarına müraciət etdi

| Prezident Dövlət Himninin musiqisi və mətnini təsdiqləyib

| 13 yaşlı qonşusunu zorlayan kişi məhkəmə zalında həbs edildi

| Babək prospektində aparılan təmir işləri tıxaca səbəb olur - VİDEO

| Prezident Xələf Xələfovla bağlı sərəncam imzaladı

| Babək prospektində aparılan təmir işləri tıxaca səbəb olur - VİDEO

| İlham Əliyev Fələstinin prezidentinə məktub ünvanladı

| Ukraynada “qaz üsyanları”: yollar bağlandı - VİDEO

| Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR

| Cəlilabadda yük maşını iki piyadanı vurdu, biri öldü

| Deputat: Nazirlər elə küllü-külfətli yığışıb gediblər

|

Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunarsa... - 7 ilə kimi həbs gözləyir

| CCBE-nin rəhbərliyi Vəkillər Kollegiyasını ziyarət edib

|

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

|

“Baku Bus”un sürücüsü sərnişinləri ölümlə üz-üzə qoydu - VİDEO

|

Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi

| Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb

|

Eldar Əzizov DYP rəsisinin qanunsuz tikintisini dayandırdı

| Qubada avtoxuliqanlar tutulub - FOTO

| Parlamentdə qalmaqal

| Bakıda çörək almağa gedən uşaq itkin düşüb - FOTO

| Deputat: Cahangir Hacıyev və Rüfət Aslanlının mülkləri satışa çıxarılsın

| Ələt-Astara yolunda ağır qəza

| Bayram təbrikinə görə tanışını bıçaqlayan həbs edildi

| Millət vəkili: Qadınların pensiya yaşını niyə 65-ə qaldırdıq?

| Elşad Miri: Şizofreniyanı “Quran”la sağaltmağa çalışırlar

|

İlham Əliyev: KTMT-nin hər hansı bir problemi varsa, o da Ermənistandır

| Millimizin böyükhesablı məğlubiyyətlərinə şahidlik etmiş hakim Bakıya gəlir

| Keyfiyyətli uşaq geyimlərini necə tanımaq olar?

| Rekord şaxtalar: Azərbaycana sərt qış gəlir

| Liberman istefa verdi

| Sahil Babayev: Pensiya xərclərində dövlət öhdəlikləri müəyyən edilir

| Azyaşlı qızlara təcavüz edən manyak məhkəmə qarşısında

| Rusiyada narkotik satan azərbaycanlını 20 ilə qədər həbs gözləyir

| “Qarabağ”ın sabiq futbolçusu “Sumqayıt”ın baş məşqçisi oldu

| Siyavuş Novruzov veteranların müdafiəsinə qalxdı

| Qusarda rəqs etmək üstündə qohumunu öldürənə cəza verildi