Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Əyləncə və öyrənməni birləşdirən gənc: Yeni müəllim tipi yaratdıq - MÜSAHİBƏ

  46

Şagird ona sevgi və hörmət münasibətinin bəslənməsini və ona sərbəstlik verilməsini istəyir. Sərbəstlik bizdə yanlış anlaşılır, deyirlər ki, “uşaq sənin başına çıxar”. Amma burada qeyri-müəyyənlik var. Uşaq sənin başına niyə çıxsın? Biz səbəblərə köklənməkdənsə, nəticəyə köklənirik.

Şagird etikanı, davranış və ünsiyyət qaydalarını bilmirsə, ailə və cəmiyyətdə bu, ona öyrədilməyibsə, müəllimin üzərinə daha bir yük gəlir. Belə olduqda, ona etik qaydaları mənimsətmək lazımdır, sonra sərbəstlik verilməlidir. 

Bu sözləri 27 yaşlı gənc tarix müəllimi, eyni zamanda, təhsil könüllüsü - şagirdlər üçün dərsdənkənar hazırlıqlar, fəaliyyətlər, gəzintilər təşkil edən, sosial şəbəkədə müəllimlərə dəstək məqsədilə “Gənc müəllim” səhifəsini yaradan, velosipedlə kəndləri gəzərək məktəblilərə kitablar paylayan, şagirdlərlə dost münasibəti qurub, onlara fərdi yanaşmaq fikrini dəstəkləyən Həbib Əlizadə deyib.

Onun seherxeber.org-a müsahibəsini təqdim edirik:

- Müəllimliyə həvəsiniz necə, nə vaxt yarandı?

- Atam rus dili müəllimidir, 30 ildən çoxdur ki, Astaranın Şüvi kənd məktəbində çalışır. Evimizdə həmişə çoxlu kitablar olub, kitab əhatəsində böyüyüb, çoxlu kitablar oxumuşam. Bunun bizə çox müsbət təsiri olub. Amma, təbii ki, atamın müəllim olması və kitabların əhatəsində böyüməyim o demək deyil ki, müəllimliyə həmişə çox həvəsim olub. Sadəcə, bütün bunlardan əlavə, evimizə müəllimlərin gediş-gəlişi ilə ziyalı mühitinə sevgim artıb. 

Müəllimliyə həvəsim isə tələbəlik illərimdə yarandı. Uşaqlarla işləməyi öyrəndikcə, bu işə sevgim artdı. Bir az da maddi və mənəvi ehtiyacdan yaranan sevgi deyək. Həm də bu işi bacardığımı gördüm. Tələbəlik illərimdə dövlət və özəl məktəblərində uzun müddət təcrübə keçmişdim, müasir metodlar tətbiq edən, şagirdlərə sevgi ilə yanaşan, təkcə dərs vaxtı yox, dərsdən əlavə də şagirdlərə vaxt ayıran müəllimlər gördüm. 

Təhsil aldığım kənd məktəbindən çox fərqli idi yəni, bizdə hansı müəllim uşaqla futbol oynayardı, ya birlikdə yemək yeyərdi? Amma orada təcrübə keçdiyim zaman bunu mən də tətbiq etməyə başladım və uşaqlara öyrəşdim, təcrübə qazandım.

 
Universitet bitdikdən sonra hansı sahədə çalışa biləcəyimi düşünürdüm. Kompüter (İT) və media sahəsinə marağım var idi. Amma maddi və mənəvi ehtiyacım, yəni, şagirdlər üçün çox darıxmağım mənə dərs deməli olduğumu hiss etdirdi. Müəllimlik imtahanını uğurlu verib işə başladım. İndi kompüter və media sahəsi ilə də hobbi kimi məşğul oluram, yəni az da olsa, şagirdlərə kompüter biliklərimi çatdırıb, mediada təhsillə bağlı sosial media üzərindən fəaliyyətlər göstərirəm. 
 

- Özünüzəməxsus dərs keçmək metodunuza necə başladınız? Standart dərs keçmək qaydasından necə çıxdınız?

- Şagirdlərlə dərsi əyləncəli üsullarla keçməyə başladıq, xronologiyanı musiqili replə öyrəndik, açıq havada dərs keçdik, partaları fərqli formada düzüb dərs öyrəndik, debat, oyunlar keçirdik. Bu üsulun motivasiyası və hərəkətverici qüvvəsi şagirdlərdir. Şablon dərs keçmək qaydasından fərqli olduğu üçün uşaqlara da bu, maraqlı olur.

 
Tədris, əslində, iki yolla həyata keçirilməlidir, həm əyləncə, həm də öyrənmə. Əyləncə və öyrənmək birlikdədirsə, deməli, müəllim də, metod da uğurludur və şagirdlər xoşbəxtdir. Çünki şagirdlər təhqir olunmur, döyülmür, aşağılanmır, onlara qarşı heç bir zorakılıq tətbiq olunmur. Şagird həm əylənir, həm də öyrənir. Bundan daha gözəl nə ola bilər? 
 

Sosial media və ümumiyyətlə, medianın verdiyi dəstək də bunun yayılmasında böyük rol oynadı. Bu üsulu tətbiq edən müəllimlərin sayı artdı, yeni trend, yeni müəllim tipi yarandı. Şagirdin müəllimi görəndə gizlənməsinə səbəb olan, üzündən zəhm yığan müəllim tipindən çıxıldı.

- Bu üsulda ən çox nəyə önəm verirsiniz? Dərs öyrətmə fəlsəfəniz nədir?

- Dərs öyrətmə fəlsəfəm əyləncə və öyrənmənin bərabər formada təşkil edilməsidir. Çünki şagird hələ uşaqdır, hətta universitetə qəbul olan tələbələrin də ruhunda uşaqlıq qalır, əylənmək istəyirlər, kim əylənmək istəməz ki? Xüsusən, orta məktəb üçün bu, önəmlidir. Şagird özünü xoşbəxt və rahat hiss etdikdən sonra öyrənməyə keçmək olar. Sinifdə və məktəbdə xoşbəxt mühit yaradıb, sonra o mühiti öyrədici mühitə çevirmək çox vacibdir. Şagirdin şəxsiyyət kimi formalaşmasında ailənin rolu olsa da, məktəbin rolu daha çoxdur. 

- Dərs dediyiniz şagirdlərin valideynlərinin buna münasibəti necədir?

- 2015-2018-ci illər ərzində Lənkəranın Gəgirən kəndində çalışmışam, bu ildən Astaranın Qapıçıməhəllə kəndində çalışıram. Hər iki məktəbdə valideynlər tərəfindən ciddi irad və problemlərlə rastlaşmamışam. Valideyn uşağın evə gələndə müəllimin metodlarından, münasibətindən xoş danışmasını görürsə, bu, valideyni qane edir, bu metod övladını xoşbəxt edirsə, başa düşür ki, deməli, pis deyil. 

Təbii ki, valideynlər xoşbəxtliyi tam olaraq fikirləşmirlər, çox vaxt məhdud düşünürlər. Amma yenə də uşağın müəllimdən razı olduğunu görəndə düşünür ki, bu, yaxşıdır. Çünki müəllimin şagirdin qəlbini fəth etmədən nəsə öyrətməsi uğursuz və ya yarımçıq olur. Əvvəl şagirdin qəlbinə, sonra beyninə girmək lazımdır.

Sosial şəbəkələrdə bəzi insanlar, təhsil işçiləri – müəllimlər bu üsulu tənqid edirlər, doğru olmadığını düşünürlər. Təbii ki, onlara da hörmətlə yanaşırıq, amma cavab olaraq bildirmək istəyirəm ki, 30-40 il öncəki metodlar indi mütləq doğru, faydalı sayıla bilməz. Eləcə də, bundan 30 il sonra bugünkü metodlar effektiv sayılmayacaq. Dünya dəyişir, biz də dəyişib inkişaf etməliyik, şagirdlərə zor gücü ilə, qorxudaraq yox, yaradıcı mühit yaradaraq öyrətməliyik.

Bundan 30 il sonra da, 50, 60, 70 yaşlarımda da gənc müəllimlərə dəstək olacağam, çünki gənclərin fiziki olaraq fəaliyyəti, enerjisi daha çox olur. Buna görə də gənclərə enerjilərini tam istifadə etmələri üçün dəstək olmalıyıq. 

- Bu üsulun nəticələri necə olur, effektiv olduğunu düşünürsünüz?

- Musiqili, əyləncəli, şagirdlərin əylənərək öyrənməsinin effektli olduğunu düşünürəm. Məqsəd şagirdə hər hansısa fənni öyrətməkdirsə və biz onu əyləncəli, şagirdin sevərək, xoşbəxt olaraq öyrənəcəyi formada edə biliriksə, niyə də etməyək? Bir məlumatı sevgi ilə öyrətmək mümkündürsə, nəyə görə onu qorxu ilə öyrədək?

 
Müxtəlif test və qeyri-test üsulu ilə yoxlama imtahanları, yarışmalar keçiririk, şagirdlərin nəticələri ilə tanış oluruq, üsulumuzun effektiv olduğunu görürük. Təhsildə sevgi-səmimiyyət, sonra da nizam-intizama diqqət etmək lazımdır. Ardıcıllıq, davamlılıq qorunmalıdır. Ancaq o halda keyfiyyət ortaya çıxacaq. Nizam-intizam yoxdursa, əyləncə də, sevgi də məhdud qalacaq, zamanla gözdən düşəcək. Müəllimlər bu cəhətdən diqqətli olmalıdırlar.
 

- Uşaqların sui-istifadə halları ilə rastlaşmısınız?

- Bayaq dediyim kimi, nizam-intizam və etika olmasa, şagirdlər sui-istifadə edər. Mən uşaqlara bunu başa salıram, deyirəm ki, valideynini bura çağıra, səni direktora şikayət edə bilərəm, amma etmirəm, gəlin, bir-birimizə sevgi və hörmətlə davranaq, problem yaratmayaq, əylənək və öyrənək. 

Telefonda necə danışmaq, müəllimlə, öz şagird dostunla necə danışmaq, ictimai nəqliyyatda, məktəbdə davranış qaydaları, ünsiyyət qaydalarını müzakirə edib praktiki olaraq etik və qeyri-etik davranışları ayırmağı öyrənirik. Çünki sui-istifadə ancaq uşağın sevgi və ya etik çatışmazlığı olanda baş verir. 

- Sizcə, müəllim olmaq üçün nə lazımdır?

- Müəllim olmaq üçün insanda sevgi, hörmət və nizamlılıq olmalıdır. Əməkhaqqının azlığı müəllimlərin ruhdan düşməsinə səbəb olur. Mən də tez-tez differensial təlimə keçməyin vacibliyini ifadə edirəm. Bu, qətiyyən, müəllimlik sənətinə sevgimin azalması demək deyil. Nəyinsə problemli, əskik tərəfindən danışırıqsa, bu, ona nifrət etdiyimiz anlamına gəlmir. 

Ən önəmlisi, işinə, dərs dediyin məktəbə, şagirdlərə və özünə sevgi ilə yanaşmaqdır. Sevgi ilə yanaşmasan, sənə nə qədər maaş versələr də, bunu bacarmayacaqsan. Sevgi pulla ölçülmür. Maaş məsələsini səbəb göstərib müəllimlik sənətini aşağılamaq və onu hörmətdən salmaq olmaz. 

Bundan əlavə, müəllimdə fənni ilə bağlı bilik olmalıdır, ikincisi isə əyləncəli öyrənmənin tətbiqidir. Müəllim şagirdə öyrənməyi öyrətməlidir. Biz bələdçiyik, yol göstəririk, ilham verərək dərsi öyrənməsinə səbəb oluruq. Uğur və uğursuzluq nisbidir, müəllim olmaq üçün cəmiyyətdə şəxsiyyət yetişdirmək kimi ali məqsədlər gərəklidir. 

Bir dostum deyir ki, bu gün şagirdlərimizə şəxsiyyət kimi formalaşmağa kömək etməsək, sabah o, ən azı, özümüzə, ailəmizə, ətrafımıza zərər yetirəcək. Bugünkü terrorçular, cinayətkarlar, sərxoşlar vaxtilə yaxşı ailə və müəllimlərdən uzaq düşmüş insanlardır. Bu məsuliyyəti anlayan, həm özünə, həm də cəmiyyətə xeyir verdiyini anlayan insan yaxşı müəllim ola bilər.

 
Nəzrin Həsənova

Xəbər Lenti

| İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

| Dünyanın ən kiçik avtomatı – VİDEO

| Rusiyada maçete ilə silahlanmış şəxs polislərə hücum etdi – VİDEO

| “Neftçi” Türkiyədə uduzdu

| Tanınmış teleaparıcıya ağır itki üz verib

| Bakıda yaşayış binasında yanğın olub

| Millət vəkilinə ağır itki üz verib

| Quaydo özünü Venesuela prezidenti elan etdi

| Şamaxıda bıçaqlanma olub

| Ay naməlum obyektlə toqquşdu

| Finlandiya prezidentindən Qarabağ münaqişəsi ilə bağlı nikbin bəyanat

| Putin Ərdoğanı təriflədi - VİDEO

| “Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi

| İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

| NATO-dan Gürcüstanla bağlı bəyanat

| Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

| Mingəçevirdə təhlükəli tapıntı – FOTO

| İki rayonun polis şöbəsində kadr dəyişiklikləri olub

| İsveçrə şirkəti AFFA-ya məktub göndərdi - FOTO

| Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

| Mxitar Davidyan: Azərbaycan layiqli komanda idi - VİDEO

| Azərbaycanda fahişəliyi leqallaşdırmağa dəyər?

| AzTV-nin iki ölkədə bürosu bağlanır

| “SOCAR karbamid” məhsulun 70 faizini ixrac edəcək

| Azərbaycan Cənubi Sudana sülhməramlı göndərib

| Rəis məndən 200 min manat istədi - MƏHKƏMƏ

| Peşə birlikləri və sosial sifarişlər haqqında qanunlar dəyişdirilir

| Voleybol millimizin Avropa çempionatındakı rəqibləri bilindi

| Eskpert: Tramp üçün Qarabağın ermənilərdə olması sərfəli deyil

| Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşüb - FOTO

| Rusiyada azərbaycanlı diaspor lideri mühakimə olunur

| Sabir Hacıyev AŞPA-nın Sosialistlər qrupunun vitse-prezidenti seçildi

| Paşinyan İlham Əliyevlə görüşündən danışdı - VİDEO

| “Hababam sınıfı”nın daha bir aktyoru vəfat etdi

| Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi - VİDEO

| Azərbaycanlılar yanan maşından ukraynalıları xilas etdi - VİDEO

| Prokuror sabiq nazirin qardaşına cəza istədi

| Səməd Seyidov: İmzalamadığımız sənəddən imtina etməyimiz istənilir

| Azərbaycanda bir kişinin iki arvad saxladığı evdən - VİDEOREPORTAJ

| Tərlan Əhmədov: Onun əsli kosovoludur və bunu şişirtməyə lüzum yoxdur

| AzTV-də “təmizləmələr” başladı

| Zoltan Hernyes: Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur

| Bolqarıstanda qrip epidemiyası

| Yoxa çıxan təyyarədə olan futbolçunun audiomesajı yayılıb - FOTO/VİDEO

| Arzu Əliyevanın həyatında özəl gün

| 2018-ci ildə Azərbaycanda nə qədər şirkət ləğv edilib? - RƏSMİ

| DYP sürücülərə müraciət edib

| XİN başçısı: Gürcüstan və Azərbaycan arasında qarşılıqlı dəstək mövcuddur

| Azərbaycanın “Dostluq” ordeni kavaleri vəfat etdi

| Təyyarəni ələ keçirən rusiyalı müayinədən keçəcək - FOTO

| Qida məhsulları istehsal edənlərin hamısı vergiyə cəlb olunacaq

| Ermənistanın dövlət borcu 148 milyon dollar artıb

| Pakistanda hərbi təyyarə qəzaya uğrayıb: ölən var

| Ailə qadına deyir ki, zorakılığa dözməlisən - RƏY

| Nizami rayonunda su borusu partladı - VİDEO

| Yunan mətbuatından iddia: “Neftçi”nin transferi qanunsuz olub

| Ərdoğan Rusiyaya getdi

| Qazaxıstanın adı dəyişdirilə bilər

| Kirpi qış yuxusundan erkən oyandı, keçəlləşdi - FOTO

| Mübariz İbrahimovu tənqid edən psixoloqdan xəbər var

| Deputat: Bu, onların borcu və missiyasıdır

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Elşad Əhmədov: Türkiyədə dörd oyuna on qol vurduq

| Sədaqət Qəhrəmanova: Sən qarşına ərə getmək məqsədi qoymusam?

| Daha iki gürcüstanlı “donuz qripi”ndən öldü

| “Neftçi”nin futbolçusunu torta batırdılar - FOTO

| Sinoptiklərdən hava müjdəsi

| Sədr müavini: Boşanmış qadın başqasını sevə bilər

| Venesuelada Uqo Çavesin heykəli yandırıldı - FOTO/VİDEO

| Türkiyədə fahişəlik edən azərbaycanlı saxlanıldı - FOTO

| AzTV-də yoxlamalar başladı: İşdən çıxarılanlar var

| İndoneziya səmasında qeyri-adi görüntü - VİDEO

| Sumqayıtda avtobus piyadanı vurub öldürdü

| Rusiyada qadın “donuz qripi”ndən öldü

| İdris İsayev: Kadrlar işəgötürənlərin tələbinə cavab vermir

| Boyu 165 sm-dən yuxarı olan gənclərin nəzərinə

| Ərini ürəyindən bıçaqlayan qadın hakim qarşısında

| Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə - VİDEO

| Ən yüksək maaşı olan şəhərlər bəlli oldu

| Nazir müavini: İşsiz gənclər ümumi işsizlərdən iki dəfə çoxdur

| Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

| İlin ilk sanksiyası: Üç idmançımızda dopinq aşkarlandı

| Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

| Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək - FOTO

| Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

| “EuroMillions” lotereyası 120 milyon avro mükafatla super-tiraj keçirir

| Suriya Təl-Əvivi hədələdi

| Prezidentin ailəsində özəl gün - FOTO

| Yaqland: Təəssüf ki, bizi yenə ATƏT-in Minsk qrupuna yönəldəcəklər

| Meksika qətllərin sayına görə rekord qırdı

| Azərbaycan nefti ucuzlaşıb

| 300 min avroluq futbolçu rəsmən “Neftçi”də - VİDEO

| “Oskar”a namizədlər açıqlandı - VİDEO

| Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

| Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

| Dünyanı içməli su qıtlığı gözləyir

| Niaqara şəlaləsi dondu - FOTO

| Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı - ÖZƏL