“Hər şey öz yerində qaldı” - Medvedev



 

Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev Malta ilə Millətlər Liqasının IV tur matçından sonra (1:1) brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Bu nəticəyə üzülməliyik, yoxsa..?

- Əlbəttə ki, meydana yalnız qələbə üçün çıxmışdıq. Rəqibi təhlil etmişdik və onlara uyğun taktika seçmişdik. Ümumi götürsək, oyunumu pis alınmırdı. Sadəcə, son zərbə çatışmadı. Yaxşı qol vəziyyətləri əldə etdik, amma futbolda hər şey olur. Bu gün iki xal itirdik. İşimiz çətindi, amma riyazi hesablamayla şansımız qalır. Növbəti ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, məqsədimizə çataq.

- Digər oyunda Kosovonun xal itirməsi sizi daha da üzmədi?

- Xeyr. Hər şey öz yerində qaldı. Çalışacağıq ki, növbəti ay Farer adaları qarşısında mütləq qələbə qazanaq, sonra isə Kosovo ilə finala bərabər görüşə çıxaq.

- Bu gün qələbə üçün nə çatışmadı? Ustalıq, ya bəxt?

- Hər ikisi. Elə vəziyyətlər var idi ki, orda ustalıq lazım deyildi. Zərbə vururduq, qapıya düşə bilmirdik. Təcrübəli futbolçularımız var, o qədər qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, iki xal itirdik.

- Matça müdafiənin sağ cinahında başlasan da, ikinci hissədə mərkəzə keçdin. Bu dəyişikliyi necə dəyərləndirirsən?

- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.