Mahir Mədətov oyundan sonra ağladı



 

“Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Malta ilə 1:1 bərabərə qaldığı oyundan sonra bildirib.

O, jurnalistlərin “Mahir Mədətov öz oyununa görə azarkeşlərin tənqidi ilə üz-üzə qalıb. Onun yerinə başqa oyunçu meydana buraxa bilməzdiz?” sualına cavabında bunları bildirib:

“Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçular xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı. Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu.

Onları itirmək istəmirəm. Əksinə daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyuna rahat hazırlaşsınlar”.