Bakıda oğru qardaşlar tutuldu



 

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində 3 nəfərin velosipedlərinin oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.