Qadını soyan kişi saxlanıldı



 

Bakıda soyğunçuluq edən şəxslər saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 27-də Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantası, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantası açıq talama yolu ilə əlindən alınıb. 
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Rufullayev saxlanılıb. 

Oktyabrın 7-də saat 1 radələrində Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edərək onun 142 manatını və mobil telefonunu əlindən alınıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar aparılır.