Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

“Çalışaq ki, bir-birimizi zəhərləməyək” - Müsahibə

  173

Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasından artıq 10 ay vaxt keçir. Bildiyiniz kimi, Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, yəni, sanitariya norma və qaydalarını, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini həyata keçirir. Həmçinin, risklərin təhlili, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını təmin edir.

Bundan əlavə, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir.  

Yarandığı gündən əməli fəaliyyətə keçən Agentliyin qida təhlükəsizliyi ilə bağlı gördüyü işlər öz effektini verməkdədir. 

Elə bu məqsədlə də ölkənin tanınmış iş adamlarından olan, “Merano-Baku” şirkətinin rəhbəri Namiq Əsgərov “Qafqazinfo”ya müraciət edərək agentliyin gördüyü işləri şərh edib. 

Qeyd edək ki, N.Əsgərovun rəhbəri olduğu  “Merano-Baku” şirkəti uzun illərdir ki, fəaliyyət göstərir. Şirkət hazırda biznes və bazar iqtisadiyyatında önəmli mövqe tutub. Ümumilikdə, 18 kateqoriya üzrə 200 çeşiddən çox məhsulun satışını təşkil edir. Məhsulların idxal olunduğu ölkələr isə Amerika, Almaniya, İtaliya, İspaniya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Polşa, Belçika, Belarusiya, Hindistan, Tailand və. s kimi inkişaf etmiş ölkələrdir. Sözügedən ölkələrdən Azərbaycana bitki və kərə yağı, pendir, qara və yaşıl çay, ət və dəniz məhsulları, tomat-mayonez, meyvə-tərəvəz məhsulları idxal olunur.

- Agentliyin yaradılmasından sonra iş fəaliyyətinizdə hansı dəyişiklikləri hiss edirsiniz? 

- Əvvəla qeyd edim ki, Agentlik yaranandan istehlak bazarında bütün qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə tam nəzarət edilir. Biz də buna sevinirik. Qida Təhlükəsizliyi Agentliyi iş adamları ilə müntəzəm görüşlər keçirir. Eyni zamanda İqtisadiyyat Nazirliyi də bu prosesə nəzarət edir. Nazirlik xarici ölkələrin ticarət palataları ilə sahibkarların görüşlərini təşkil edir. Həmçinin, Gömrük Komitəsi ilə  Qida Təhlükəsizliyi Agentliyi birgə konfranslar təşkil edir. Bizə hansı ölkələrdən keyfiyyətli məhsul idxal etməyə dair tövsiyə və məsləhətlər verir. Müntəzəm olaraq biznes forumlar keçirilir. 

- Bildiyiniz kimi, keyfiyyətli qida məsələsi uzun zamandır ki, ölkədə ən aktual mövzulardan biri olub və insanları daima narahat edir. İndi bu sahədə hansı yeniliklər tətbiq olunur? 

- Yenilik odur ki, artıq prosesə tam nəzarət edilir. Belə ki, ölkəyə idxal olunan məhsullar gömrükdə açılarkən agentliyin nümayəndələri istədikləri yerlərdən nümunələr götürürlər. Yararlı olan malların satışına xüsusi icazə verilir, yararsız məhsulların satışına isə qadağa qoyulur. Artıq bu agentliyi aldatmaq mümkün deyildir. Agentlik özü də fəaliyyətində şəffafdır. Sahibkar məhsulunun hansı laboratoriyada yoxlanılmasını bilmir. Laboratoriya idarəsi başqadır. Onlar bir-birlərinin işinə müdaxilə edə bilmirlər.  Sahibkarlara qarşı heç bir ayrı-seçkilik edilmir. Rüşvətin və monopoliyanın qarşısı alınıb.

Hazırda gömrük orqanlarında da şəffaflıq mövcuddur. Hər bir gələn malın invoysuna uyğun olaraq onun gömrük dəyəri müəyyən olunur. Daha sonra isə Qida Təhlükəsizliyi Agentliyinin icazəsi ilə satışa çıxarılır.

- Bəs, Agentlik yaranmamışdan əvvəl prosesə  necə nəzarət olunurdu?

- Əvvəllər ərzaq nümunələri Sanitar-Gigeniya İdarəsində analizə verilirdi və sertifikat təqdim edilirdi. Bu sertifikatın 6 ay müddəti var idi. Sahibkarın 6 ay müddətində başqa məhsulları gətirmək şansları var idi. Artıq bu şansa yer yoxdur. Hər bir gələn maldan nümunə götürülür. İki-üç gün ərzində Agentlik tərəfindən məhsulun satılıb satılmamasına icazə verilir.

- İş adamları ölkəyə keyfiyyətli məhsul gətirməkdə nə dərəcədə  maraqlıdırlar?

- İş adamlarına müraciət edirəm ki, ölkəyə ancaq  keyfiyyətli məhsullar gətirsinlər. Çünki gətirdiyimiz hər məhsul ailə üzvlərimizdən tutmuş bütün insanların istehlakında yer tutur. Çalışaq ki, bir-birimizi zəhərləməyək və gələcək nəsil daha sağlam böyüsün. Geni dəyişdirilmiş, tərkibində kimyəvi birləşmələr olan məhsullar Azərbaycana gətirilməsin. Çünki təmiz qida sağlamlığım rəhmidir. 

Bilirsiniz ki, dünyada bir çox dövlətlərdə qida problemi var. Xoşbəxtik ki, bizim ölkəmizdə belə bir problem yoxdur. Hər bir vətəndaşımız istədiyi qədər ərzaq ala və qidalana bilər.  

- Bir müddət əvvəl ölkəni qidayla təmin edən əsas iki yerli şirkət olan “Azərsun” və “Veysəloğlu” şirkətlərinin məhsullarında problem olduğu barədə məlumatlar yayılmışdı. Siz bununla bağlı nə düşünürsünüz? 

- Düzdür, bu cür xəbərlər ictimaiyyət arasında yayıldı. Ancaq  deyilənlər realllığı əks etdirmir. Həm də ona görə ki, belə bir hal olsaydı, yəni qida məhsullarında problem olsaydı, Agentlik özü açıqlama verərdi. Onlar isə belə bir açıqlama ilə çıxış etmədilər. “Azərsun” ölkədə nüfuzu olan bir şirkətdir. Azərbaycanın qida təhlükəsizliyində bu şirkətin çox böyük rolu var. 30 ilə yaxındır ki,  şirkət işinin öhdəsindən layiqincə gəlir.

Onu da əlavə edim ki, Agentlik tək məhsulun idxalına yox, eyni zamanda daxildə istehsal olunan məhsulların keyfiyyətinə də nəzarət edir. Məhsulun istehsalı, daşınması, saxlanılması, satış şəraiti, istehlakçıya çatana kimi  bütün prosesləri nəzarətdə saxlayır.

- Valideynləri narahat edən xüsusi  bir məsələ də enerji içkilərinin satışı ilə bağlıdır. Bldiyiniz kimi, bu içkilər insan sağlamlığı üçün təhlükəlidir. Agentlik də bununla bağlı elə ictimaiyyətə müraciət ünvanlamışdı...

- Enerji içkilərindən az istifadə etməyə çalışmaq lazımdır. Belə ki, gün ərzində 200 qramdan artıq istifadə etdiyiniz halda problemlər yaranır. Həm də bu içkilər insanlarda asılılıq da yaradır.

- Bazarda saxta siqaret və spirtli içkilərin satışı məsələsi ilə bağlı nə deyə bilərsiniz? 

- Ölkəmizdə hazırda belə bir hal mövcud deyil. Gömrük orqanları tərəfindən bu işə tam nəzarət olunur. Bu hal əvvəl müşahidə oluna bilərdi. Hazırda Qida Təhlükəsizliyi Agentliyi də bu işə tam nəzarət edir. 

- Dediniz ki, tam şəffaf  bir mühit yaradılıb, monopoliya aradan qaldırılıb. Bu idxalın həcminin artmasına gətirib çıxara bilərmi?

- Bazarda  rəqabət üçün yaxşı şərait yaranıb.  Əvvəllər keyfiyyətsiz malları gətirib ucuz qiymətə satırdılar.  Camaat da bilmədən istehlak edirdi. Artıq bu işlərə son qoyulub. Ərzaq məhsulları  lazım olan normativlərə və standartlara uyğun olaraq gətirilməyə başlanılıb. Nəinki idxala, həmçinin ət, süd, kolbasa məhsullarına və onların istehsalçılarına ciddi nəzarət edilir. Bəzən sahibkarlar bilmədən geni dəyişdirilmiş mallar gətirməyə başlayırdılar. Bəzi lazımsız tərkibli mallar ölkəyə gətirilirdi. İndi artıq hansı məhsulun gətirilməsinə dair əvvəlcə agentlikdən icazə alınmalıdır. Bəzi xarici fabriklər normativlərə uyğun olmayan mallar verirdilər. Biz də onlara xəbərdarlıq edirik ki, belə məhsulu bizə göndərə bilməzsiniz. Hansısa problem varsa onlardan tələb edirik ki, normativlərə uyğun məhsul versinlər.

- Çörəyin tərkibi məsələsi də  ictimaiyyətdə narahatlıq yaradır...

- Çörək bazarında bu işlərin 3-4 ildir ki, qarşısı alınıb. Azərbaycanda çörək istehsalına, həm də qiymətinə ciddi nəzarət var. Çörək keyfiyyətcə  bütün göstəricilərə uyğundur. Meyvə bazarında da idxalın həcmi 10 faizə qədər düşüb. Bazarda 90 faiz yerli məhsullardır. Tərkibi də keyfiyyətlidir. 

Günel Türksoy


Xəbər Lenti

| Çempionlar Liqası 1:1-lərlə başladı

| Goranboyda 11-ci sinif şagirdi qaçırıldı

| Bakının "Maserati"-nin vurduğu piyada öldü

| Sabirabadda yaşlı kişinin meyiti evindən tapıldı

| İmişlidə iki maşın toquşdu: xəsarət alan var

| Vəkillərimiz TÜRK-AV-ın Baş Assambleyasının III zirvə toplantısında iştirak ediblər - FOTO

| Cəlilabadda piyada qadını avtomobil vuraraq öldürdü

| Vatikan: Heydər Əliyev Fondunun tarixi bərpa işlərini yüksək qiymətləndiririk - FOTO

| Avropanı ağ günə çıxaran müsəlman

| Ukraynalı futbolçu: Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir - VİDEO

| Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdır - FOTO

| Azərbaycan Prezidenti onlara fərdi təqaüd təyin etdi

| Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

| Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

| İlham Əliyev onları “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

| Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi artıb - VİDEO

| Prezident bir qrup mədəniyyət xadiminə fəxri adlar verdi

| Gömrükdə sənədsiz dərman əməliyyatı: iki milyon manatlıq mal tapıldı - VİDEO

| Şirvanda qəza: bir ailə xəstəxanalıq oldu

| Nigar Arpadarai: Bakıda “Formula-1” üçün iyun münasib vaxtdır

| Ramil Quliyev rekordunu yeniləyərək birinci oldu

| Ömrü boyu eyni dəhşətli yuxunu görən dahi - Bəhsə düşüb dünya səviyyəli yazıçıya çevrildi

| Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldü

| Vilayət Eyvazovdan yeni - TƏYİNAT

| Lənkəranda ağır qəza: keçmiş polis işçisi öldü - FOTO

| Kaşıkçının öldürüldüyü konsulluq binası satıldı

| SOCAR IAP çərçivəsində texniki məsləhətləşmələrin I mərhələsini başa çatdırıb

| Ekspert: Boltonun qəddarlığı Trampa Rusiya ilə razılaşmağa mane olurdu - MÜSAHİBƏ

| Ekspert: Boltonun qəddarlığı Trampa Rusiya ilə razılaşmağa mane olurdu - MÜSAHİBƏ

| BŞBPİ rəsmisi polis-vətəndaş həmrəyliyindən danışdı

| “Sevilya” Bakıya 24 futbolçu ilə gələcək - HEYƏT

| FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTO

| Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi

| Deputat: İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram

| Ödənişli əsaslarla oxuyan tələbələrə böyük dəstək

| Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ

| “Qarabağ”ın rəqibinin baş məşqçisi qovuldu

| Ödənişli oxuyan tələbələrin diqqətinə - Nazirlik hökumətə təkliflər göndərdi

| Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI

| Azərbaycanlılar Mariy Eldə muxtariyyət qurdu

| Bakıda 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - MƏHKƏMƏ

| İranın ali dini lideri: ABŞ tövbə edərsə...

| Georgi Badridze: Gürcüstan Ermənistana göstəriş vermir, Yerevan da fikrini özünə saxlasın

| “Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi - VİDEO

| İlham Əliyev gürcüstanlı naziri qəbul edib

| “Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi - VİDEO

| SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

| Məhkəmə Koçaryanla bağlı qərar verdi

| Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO

| Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO

| Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib - FOTO

| “Qarabağ” ispan futbolçunu heyətinə qatıb

| Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

| Qadın onu bıçaqlayan ərini bağışladı, məhkəmə də azadlığa buraxdı

| Hava yağmursuz olacaq

| Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib

| Masallıda ağır qəza: polis kapitanı öldü - FOTO

| Nuru Paşanın çimdiyi, Məşədi İbadın getdiyi hamamın bənzəri: Tarixi Qobu hamamından FOTOREPORTAJ

| Güləşdə Azərbaycandan Olimpiadaya ilk vəsiqəni Stadnik qazandı

|

“SOCAR Balkans”: Bolqarıstanın qazpaylama sektoruna sərmayənin məqsədəuyğunluğu müəyyənləşəcək

| Təzyiq xəstəsi olan yaşlı kişi eyvandan yıxılıb öldü

| “MEGAFUN”da uduşlu “Həyəcan mövsümü” lotereyasının şanslı qalibləri müəyyənləşdi

|

Hikmət Hacıyev: Ermənistan tərəfi provokativ addımlar atır

| Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb

| Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA

| “ASK Arena”da iki yeniyetmədən 1400 manat oğurlandı

| “ASK Arena”da iki yeniyetmədən 1400 manat oğurlandı

| PA rəsmisi: Azərbaycan KTMT-yə müraciət etməyib

| Özünüməşğulluq proqramlarına cəlb edilənlərin sayı açıqlandı

| Sətəlcəm və orqan çatışmazlığı: Anastasiya Zavorotnyukun səhhəti ağırlaşır

| Qanlı döyüşlərdən çıxan təhsilsiz fəhlə-rəssam: Çata bilmədiyi arzularını qızı reallaşdırır - FOTO

| Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaşdır

| Gənc Tamaşaçılar Teatrının tavanı çöküb? - AÇIQLAMA

| ÇL başlayır: “Barselona” Almaniyada, “Liverpul” İtaliyada çətin sınaq qarşısında

| Lənkəranda 38 yaşlı kişi yoxa çıxdı

| Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

| Azərbaycan efirində ilk: Robot veriliş apardı - VİDEO

| Göyçayda oğul 79 yaşlı atasını bıçaqladı

| Birinci sinfə şagird qəbulunun vaxtı uzadıldı

| “Toyota”nı ildırım vurdu: arxa pəncərəsindən keçib təkərlərin arasından çıxdı - VİDEO

| Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi

| KİV: Ermənistan Müdafiə naziri istefaya göndərilir

| Bakıda baş verən qəzalar 850 evi qazsız qoydu

| Beyin xərçənginin əsas əlamətləri məlum oldu

| Ələtdə iki nəfərin ölümünə səbəb olan dəhşətli qəza - ANBAAN VİDEO

| Bakı metrosunda nasazlıq: qatar yeddi dəqiqə tuneldə qaldı, qapılar açılmadı

| Kənd təsərrüfatı məhsullarının artım həcmi açıqlandı

| AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə - XƏBƏRDARLIQ

| Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

| Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı

| Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişininin ayaqları kəsildi

| Putin Ankarada Qurandan sitat gətirdi - VİDEO

| Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər

| Filip Kirkorovun oğlu “Barselona”dan “MOİK”a keçdi – FOTO

| Bakıda avtomobil çuxura düşdü, sürücü şikayətçidir – FOTO/VİDEO

| Britaniya kraliçası barsız qaldı - Bukingem sarayının personalı sərxoşluq etdiyinə görə

| Venesiyada turist qondolaçını vurdu: selfidən imtina etdiyinə görə - VİDEO

| Praqa sakini özünü marşal Konevin heykəlinə zəncirlədi – VİDEO

| Bakıda ər arvadını bıçaqladı

| Donald Tramp: ABŞ İran tərəfi ilə münaqişədən yayınır

| “Mercedes” VAZ-la toqquşdu, nənə və nəvə yaralandı

| Qazaxda piyada əleyhinə mina və əl qumbarası tapıldı - FOTO

| “Laçın”ın yanında 35 yaşlı kişini bıçaqladılar, vəziyyəti ağırdır

| Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü - FOTO

| Taksi yük maşını ilə toqquşdu, sürücü və sərnişinləri ağır yaralandı

| “Alanyaspor”la “Fənərbaxça” da bacarmadı - VİDEO

| Xələf Xələfov Kristina Marti Lanqla telefonla danışıb