Bu balıqları ovlamağa icazə var



 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən balıq növlərinin siyahısını yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Xəzər dənizinin Azərbaycana aid sektorunda və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıqlar: kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm, şamayı, qarasol, daban, naxa, xərçəngkimilər.