Etimad İsmayılov dəfn edildi - Fotolar



 

Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev, millət vəkili Fazil Mustafa da var.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq. 

***

E. İsmayılov Nardaran qəbiristanlığında dəfn olunub.

Murad Əhməd