Bu rəsm əsəri 80 milyon dollara satılacaq



 

Britaniyalı rəssam Devid Hokninin “İki fiqurlu hovuz” əsəri müasir dövrün ən bahalı işi seçilib.

“Qafqazinfo” xəbər verir ki, rəsm əsəri 80 milyon dollara hərraca çıxarılıb. Satış bu gün Nyu-Yorkda gerçəkləşəcək. Devidin bu işini “müasir epoxanın ən nəhəng şedevri” hesab edirlər. 

Qeyd edək ki, daha əvvəl bu rekord amerikalı Ceff Kunsa məxsus olub. Onun “Topların içindən it” əsəri 2013-cü ildə 58 milyon dollara satılıb.