“Onlar bir- biri ilə mübarizə aparmağa başlayıb”



 

 

“Bu gün Ermənistan nümayəndə heyəti  bir bəyanat verib. O bəyanatın içində tamamilə məntiqsiz  ifadələr mövcuddur.  Bunların da hamısı ondan irəli gəlir ki, Ermənistanın içində gedən  proseslər artıq başqa müstəviyə qalxıb.  Onlar bir- biri ilə mübarizə aparmağa  başlayıblar”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat, parlamentin Beynəlxalq münasibətlər və parlamnetlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

O qeyd edib ki, region doğrudan çox vacib və əhəmiyyətli tarixi dövrünü yaşayır: “Ermənistan  rəhbərliyinin son məsuliyyətsiz bəyanatını gördük. Bu gün o bəyanatlardan birinin də şahidi olduq. Bilirsiniz ki, Avropa Şurasında nümayəndə tərkibi dəyişir. Mövcud nümayəndə heyətinin əsas heyəti köhnə hakimiyyətdən  olan nümayəndə heyətidir. Bunlar çalışır ki, hansısa formada  Paşinyanın təyin edəcəyi nümayəndə heyətinin tərkibinə düşsünlər. Ona görə də Paşinyanın demək istədiyi və dediyi sözləri təkrar edirlər. Xüsusilə də Dağlıq Qarabağla bağlı. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır.

Deyirlər ki, hansısa sazişdə qeyd olunub. O məntiqlə o zaman Fransa ildə bizə 4 dəfə nota verməlidir.  Biz hər dəfə Avropa Şurasına gedəndə deyirik ki, Strasburqa gedirik.  Aydındır ki, Strasburq Fransanın şəhəridir. Bu başqa cür ola bilməz. İndi hansısa sənəddə yazılıb Dağlıq Qarabağ. Bunlar özləri üçün bayram edirlər. Bütün dünya, o cümləıdən Avropa  Şurasının özü də Dağlıq Qarbağın Azərbaycana aidiyyatı ilə bağlı konkret qətnamələri qəbul edib.  Heç kim heç vaxt bunu inkar edə bilməz. Ona görə   onlar bu gün Paşinyanın yanında nüfuzunu saxlamağa çalışır. Ancaq bu mümkün olmayacaq.  Ümumiyyətlə Paşinyan hökuməti nüfuzdan düşür.  Biz regionda və dünyada bunun canlı şahidinə çevriləcəyik”.

Günel Türksoy