Bakıda sərxoş kişi parkomatı sındırdı, polis iş başında yaxaladı - Video



 

Bakıda bir nəfər səhər saatlarında xüsusi təyinatlı avtonəqliyyat idarəsinə məxsus parkomat aparatını sındıraraq yararsız hala salıb.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yasamal rayonu Hüseyn Cavid prospektində baş verib.

Həmin şəxs parkomatı yerindən tərpədərək aşırıb, sonra yerdən daş parçası götürərək onun üzərinə vurub sındırıb. O, parkomatdan içindəki pulları oğurlamaq istəyib.

Çox keçməyib ki, polis hadisə yerinə gələrək həmin şəxsi elə iş başındaca həbs edib.

Hadisə təhlükəsizlik kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik: