Bakıda maşın yandı - Foto



 

Bu gün paytaxtın Həsən Əliyev küçəsində “Nexia” markalı avtomobil yanıb. 

Şahidlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, hadisə küçədəki tunelin girəcəyində baş verib. 

Yanğın yerinə Fövqəladə Hallar nazirliyinin əməkdaşları cəlb olunub və avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Pərvin Zeynal