Səudiyyə Ərəbistanına qar yağdı - Video



 

Səudiyyə Ərəbistanının Hamis Muşayt şəhərinə qar yağıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qar görüntüləri sosial şəbəkələrdə gündəmə çevrilib. Əvvəlcə leysan xarakterli yağan yağış daha sonra qara çevrilib.

Səhra iqliminin hakim olduğu Səudiyyə Ərəbistanına ilin bu vaxtı yağan qar təəccübə səbəb olub.