Elza Seyidcahandan ADO -ya dəstək



 

Əməkdar artist Elza Seyidcahan ilk müstəqil teatr olan ADO-nun yubiley tədbirində çıxış edəcək. 

"Qafqazinfo" xəbər verir ki, teatr heyəti yubiley tədbirində musiqili performans təqdim edəcək, bəstəkarın “Yenə o bağ olaydı” kompozisiyasından çıxarış əsasında “Əşyaların” şeirinin təqdimatı da olacaq.
 
Belə ki, Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq.  ADO iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edəcək.