Rusiya - Xorvatiya oyununda penaltilər - Yenilənir



 

Bu gün dünya çempionatında ¼ final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyunda meydan sahibi Rusiya Xorvatiya ilə üz-üzə gələcək.

Bu qarşılaşmanın qalibi yarımfinalda İngiltərə millisinin rəqibi olacaq.

DÇ-2018

¼ fial

Rusiya – Xorvatiya

***

Matç başladı

***

Rusiya 31-ci dəqiqədə Denis Çerışevin qolu ilə önə keçir

***

40-cı dəqiqədə Andrey Kramariç Xorvatiyanın qoluna imza ataraq hesabı bərabərləşdirir. 

***

İkinci hissə başladı

***

90 dəqiqə başa çatır. Oyunda əlavə vaxt oynanılacaq. 

***

Əlavə edilmiş ilk 15 dəqiqə başladı

***

Damaqoy Vida 101-ci dəqiqədə Xorvatiyanın 2-ci qolunu vurur. Rusiya - Xorvatiya 1:2

***

Əlavə olunmuş ilk 15 dəqiqə bitdi

***

Əlavə edilmiş ikinci 15 dəqiqə başladı

***

Manuel Fernandes əlavə vaxtda Rusiyanın bərabərlik qoluna imza atır - 2:2.

***

Rusiya - Xorvatiya matçında əlavə vaxt 2:2 başa çatır. Oyunda penaltilər olacaq.