Rusiya - Xorvatiya oyununda əlavə vaxt - Yenilənir



 

Bu gün dünya çempionatında ¼ final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyunda meydan sahibi Rusiya Xorvatiya ilə üz-üzə gələcək.

Bu qarşılaşmanın qalibi yarımfinalda İngiltərə millisinin rəqibi olacaq.

DÇ-2018

¼ fial

Rusiya – Xorvatiya

***

Matç başladı

***

Rusiya 31-ci dəqiqədə Denis Çerışevin qolu ilə önə keçir

***

40-cı dəqiqədə Andrey Kramariç Xorvatiyanın qoluna imza ataraq hesabı bərabərləşdirir. 

***

İkinci hissə başladı

***

90 dəqiqə başa çatır. Oyunda əlavə vaxt oynanılacaq.