Buffon rəsmən PSJ-də



 

İtaliya millisinin keçmiş üzvü Canluici Buffonun yeni klubunun adına rəsmən aydınlıq gəlib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli qapıçı karyerasını Fransada davam etdirəcək.

40 yaşlı qolkiper PSJ klubu ilə münasibətlərini rəsmiləşdirib. “Yuventus”dan ayrılan qolkiper Paris təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Buffon PSJ-yə keçidini belə şərh edib: “PSJ-yə keçdiyim üçün çox xoşbəxtəm. Karyeramda ilk dəfə İtaliyadan kənarda çıxış edəcəyəm. Ancaq PSJ-nin hədəfləri məni belə qərar vermək üçün cəsarətləndirə bilərdi. Kluba və prezidentə mənə güvəndikləri üçün təşəkkür edirəm. Bütün təcrübələrimi PSJ-nin uğurları üçün ortaya qoyacağam”.

Qeyd edək ki, Buffon karyerasına “Parma” klubunda başlayıb. O, daha sonra “Yuve”yə keçib və uzun müddət bu klubun uğurları üçün çalışıb.