Sərnişinlə dolu avtobus aşdı, 33 nəfər yaralı var



 

Konyanın İlqın əyalətində sərnişin avtobusu aşıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4-ü uşaq olmaqla 33 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzadan sonra Afyonkarahisar-Konya yolu 2 saatadək bağlanıb. İqın bələdiyyə sədri xəstəxanalara baş çəkərək yaralıların vəziyyəti ilə tanış olub.