Ronaldo “Yuventus”a keçir



 

Kriştianu Ronaldo karyerasını “Yuventus”da davam etdirə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.

Futbolçunun meneceri Xorxe Mendeş İtaliya klubları ilə münasibətlərinin yaxşılaşmasından sonra ulduz futbolçunu Turin klubuna gətirmək fikrindədir. Əgər “Real” Ronaldo ilə yola davam etməsə, o, İtaliyada karyerasına davam edə bilər.