Messi Argentina millisi ilə heç bir böyük turniri qazanmayıb



 

Lionel Messi ilə Argentina millisi qatıldığı 8 əsas turnirin heç birində qalib ola bilmədi. “Qafqazinfo” xəbər verir ki, Leo indiyə qədər oynadığı finallarda komandası ilə ən yaxşı nəticəni 2014-cü ildə verib.

Həmin vaxt Messili cənubi amerikalılar öz qitələrində keçirilən mundialın finalına qədər gəlmişdi. Həlledici qarşılaşmada almanlara 0:1 hesabı ilə uduzan argentinalılar son dövrlərdə ən yaxşı nəticələri əldə etmişdilər.

Messi 2006, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında yığmanın formasını geyinib.

Bundan başqa o, yığma ilə 2007, 2011, 2015 və 2016-cı ilə Amerika Kubokunda forma geyinib. 2007, 2015 və 2016-cı ildə finalçı olan Argentina millisi bu həlledici oyunların hamısında uduzub.

Lionel Messinin millidə ən böyük uğuru isə 2008-ci ildə Pekində U-23 Argentina millisi ilə qızıl medal olub.