“Bizim üçün yeni mərhələdir” - Didye Deşam



 

Fransa millisinin baş məşqçisi Didye Deşam bu gün dünya çempionatının 1/8 final mərhələsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli məşqçi Qrizmanın ən yaxşı oyununu oynayacağına ümid etdiyini bildirib.

O qeyd edib ki, komandası ən yaxşı vəziyyətdə olmalıdır: “Qrizman? Bizim üçün ən yaxşı oyununu göstərməlidir. Bunun üçün o, məşqlərdə hər şeyi edir. Ən vacib şey dünya çempionatının 1/8 final mərhələsinə ən yaxşı vəziyyətdə çıxmaqdır. Baş məşqçi kimi indiyə qədər nə qədər matçda meydana çıxdığımı düşünmürəm. Hər matç vacibdir. Qrupda ən yaxşı oyunumuzu Peruya qarşı oynamışdıq. Düşünmürəm ki, bu, mükəmməl idi. Amma nəzərə alın ki, dünya çempionatında heç vaxt iştirak etməyən 14 oyunçumuz var. İndi biz sıfırdan başlamışıq və bu yeni mərhələdir”.