Prezident onlara ali rütbə verdi



 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Fazil Nəriman oğlu Ələkbərova

polis general-mayoru ali xüsusi rütbəsi

polkovnik Heydər Teyyub oğlu Heydərova.