Gömrük Komitəsində yeni təyinat



 

 

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Rəşad Babayev Tovuz Gömrük İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bundan öncə Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən gün R.Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi olan Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.