Güclü istilər Mançesterdə dəhşətli yanğına səbəb oldu - Fotolar



 

İngiltərədə güclü istilər səbəbindən Mançester şəhərinin yaxınlığındakı Sadlvors bölgəsində meşə yanğınlarına səbəb olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə səbəbindən 34 ailə təxliyyə edilib.

Hazırda Sadlvors və yaxın ərazilərdə qatı duman müşahidə edilir.

Bölgədə fövqəladə vəziyyət elan edilib. İngiltərə Xalq Sağlamlığı Qurumu əhaliyə çağırış edərək pəncərələrini açmamağı və kondisionerləri istifadə etməməyi tövsiyyə edib.

Yanğınsöndürənlərin bütün cəhdlərinə baxmayaraq yanğını söndürmək mümkün olmayıb.