Hitlerin çəngəl-bıçaq dəsti satıldı - Fotolar



 

Nasist Almasniyasının lideri Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi çəngəl-bıçaq dəsti hərraca çıxarılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Hitler üçün xüsusi olaraq hazırlanmış dəst 12 min 500 sterlinqə satılıb. Hərrac İngiltərənin cənubundakı Dorset əyalətində təşkil edilib. Şerborn muzeyindən verilən açıqlamaya görə, iki bıçaq, üç qaşıq və üç çəngəldən ibarət olan dəst Hitlerin 50-ci yaşı üçün hazırlanıb.

Əşyaların üzərində nasistlərin qartal loqosu, qammalı xaç və Hitlerin adının baş hərfi həkk olunub.