Türkiyə ordusu şəhid verdi - Foto



 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında PKK terrorçularına qarşı keçirdiyi əməliyyatda itki verib.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, terrorçularla atışmada 1995-ci il təvəllüdlü Rəsul Bayracı şəhid olub.

Hazırda bölgədə əməliyyat davam edir.

Qeyd edək ki, 17-18 iyun tarixlərində TSQ 26 terrorçunu məhv etmişdi.