Xorvatiya Argentina ilə oyunda fərqi ikiyə çıxardı - + Yenilənir



 

Dünya çempionatında bu gün D qrupunun ilk görüşü oynanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bütün dünyanın maraqla gözlədiyi oyunlardan biri adıçəkilən qrupda baş tutacaq.

İlk oyunda heç də özünə bənzəməyən Lionel Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gələcək.

Xorxe Sampaolinin futbolçuları birinci turda İslandiya üzərindəki heç-heçənin təsadüf olduğunu göstərməyə çalışacaq. Xorvatiya millisi isə Nigeriya üzərindəki qələbənin davamını gətirməyə çalışacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.  Nijniq Novqorod şəhər stadionunda oynanılacaq.

DÇ-2018

D qrupu

22:00. Argentina – Xorvatiya

***

Matç başladı

***

İlk hissə 0:0 hesabı ilə başa çatıb. 

***

İkinci hissə başladı

***

Xorvatiya hesabı açır. Ante Rebiç 53-cü dəqiqədə fərqlənir. 

***

Xorvatiya Argentinanın qapısından ikinci topu keçirir. Luka Modriç 81-ci dəqiqədə fərqlənir.