Nəhənglər üz-üzə - Messi fərqlənə biləcəkmi?+ Yenilənir



 

Dünya çempionatında bu gün D qrupunun ilk görüşü oynanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bütün dünyanın maraqla gözlədiyi oyunlardan biri adıçəkilən qrupda baş tutacaq.

İlk oyunda heç də özünə bənzəməyən Lionel Messili Argentina yığması Xorvatiya ilə üz-üzə gələcək.

Xorxe Sampaolinin futbolçuları birinci turda İslandiya üzərindəki heç-heçənin təsadüf olduğunu göstərməyə çalışacaq. Xorvatiya millisi isə Nigeriya üzərindəki qələbənin davamını gətirməyə çalışacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.  Nijniq Novqorod şəhər stadionunda oynanılacaq.

DÇ-2018

D qrupu

22:00. Argentina – Xorvatiya